KÜR QURUYUR: PREZİDENT YANINDA MÜŞAVİRƏ

Стандартный

2

ƏLİYEV: Həzarat! Sizi bura yığmaqda məqsədim Kür çayının durumunu müzakirə etməkdir. Son vaxtlar Kürün quruduğu haqqında mənə məlumatlar gəlir. İndi mən sizdən soruşmaq istəyirəm: Kür niyə quruyur?

SİYAVUŞ NOVRUZOV: Cənab prezident, məlumdur ki, xəyanətkar Xalq Cəbhəsi və Müsavat hakimiyyət başında olanda Kürün suyunu ermənilərə satırdılar. Kür elə o vaxtdan qurumağa başladı. Əli Kərimli indi də altdan-altdan Paşinyana su satır. 

ƏLİYEV: Mən onların ermənilərə benzin satdıqlarını bilirdim, su satdıqlarını indi eşidirəm.

SİYAVUŞ NOVRUZOV: Cənab prezident, Elçibəy benzini ermənilərə satmırdı, havayı verirdi. Kürün suyunu isə satırdı, çünki Ermənistanda Kür suyu yoxdur, ermənilər Kür suyundan ötrü ölürlər.

KƏMALƏDDİN HEYDƏROV: Cənab prezident, Kürdə suyun azalmağının bir səbəbi də balıqların çoxalmağıdır. Biz son illər sizin müdrik rəhbərliyinizlə Kürdə balıqların sayını çox artırmışıq. Balıq da suya həris heyvandır. İçəndə dəvə kimi içir. Ona görə Kürün suyu belə azalıb.

ZAKİR HƏSƏNOV: Cənab prezident, Silahlı qüvvələr istnəliən vaxt, əgər lazım gəlsə, balıqlarla mübarizəyə girişə bilər.

ƏLİYEV: Bu məsələdə zərgər dəqiqliyi ilə işləmək lazımdır. Yəni israfçı balıqları qənaətcil balıqlardan ayırmaq lazımdır.

NƏCMƏDDİN SADIQOV: Я не совсем понял, о чем речь, но Кура паршивая речка, толку от нее никакого.

ƏLİYEV: Sağ ol, Nəcməddin. В целом ты прав. Mən görürəm ki, Mehriban xanımın da sözü var. Buyurun, Mehriban xanım.

MEHRİBAN XANIM: Mən belə düşünürəm ki, Kürün qurumağı heç də fəlakət deyildir. Mən bizim insanlara məsləhət görərdim ki, koka-kola içsinlər, Borjomi içsinlər. Mən indiyəcən Kür suyu içməmişəm, heç bir problemim yoxdur. Mən şəxsən Acaua di Crista Tributo Modigliani içirəm, millətimə də məsləhət görürəm.

ƏLİYEV: Mehriban xanım bunu çox gözəl dedi. Mən də Kür suyu içməmişəm. Mənim də problemim yoxdur. Həzarat, bizim məclisimizdə hörmətli şeyx də iştirtak edir. Əziz şeyx, buyurun, siz də fikrinizi deyin.

ALLAHŞÜKÜR PAŞAZADƏ: Assalamu-aleykum! Əlahəzrət! Qurani-Kərim buyurur ki, insana nə gəlsə, arvaddan gələr. Kürü qurudan arvaddır!

ƏLİYEV: Alik, Allahşükür, sən nə danışırsan, hansı arvad?
ALLAHŞÜKÜR: Cənab prezident, Neftçalada bir arvad xeylağını bələdiyyə üzvü seçiblər. O arvad deputat olandan aləm qarışıb bir-birinə. Dəniz suyu qarışıb Kürün suyuna, Kür başlayıb qurumağa. Əlahəzrət, siz and içmişdiniz ki, nə qədər ki, sağsınız, müxalifət deputat olmayacaq.

ƏLİYEV: Belə şeylər olur, Alik. Mən hərdən Göy Göldə balıq tuturam, bir də gördün baдığın biri torun deşyiyindən çıxıb qaçdı… Bu arvad da yəqin bir deşik tapıb keçib deputatlığa.

ALLAHŞÜKÜR: Əlahəzrət, bu arvad xeylağı Allahın bəlasıdır, şortda gəzir, böyüklərin üzünə ağ olur. O arvad nə qədər ki, deputatdır, bizim çaylarımız quruyacaq, kündəmiz də kütə gedəcək…Vallah, o arvadın fikri məni elə götürüb ki, nə qədər qara atıramsa, yata bilmirəm…

ƏLİYEV: Alik, mən Vilayətə deyərəm, ölçü götürər…

SOĞANBAŞ AQİL ABBAS: Əlahəzrət, canım sizə qurban! Balalarımı ayağınızın altında qurban kəsməyə hazıram! Cənab prezident! Mən uşaq vaxtı bir dəfə qayınatam Məmməd Arazın dalına düşüb getmişdim Salyana, Aşıq Pənaha qonaq. Orda o qədər balıq, kürü yedim ki, gecə yerimə…

 

Müşavirə davam edir…

Mirzə ƏLİL

29. 06. 2020, Samara

Обсуждение закрыто.