POLİSLƏR İNDƏN BELƏ VƏTƏNDAŞLARIN EVLƏRİNDƏ ƏMƏLİYYATI MANISLARLA BİRGƏ KEÇİRƏCƏKLƏR

Стандартный

yasamal

Daxili işlər nazirliyi və Mədəniyyət nazirliyinin birgə qərarı ilə bundan sonra polis vətəndaşların evinə çalıb-oxuyanlarla gedəcək. Ziyalıların, rus məktəbində oxumuş, filarmoniya, opera görmüş vətəndaşların evinə polis klassik musiqiçilərlə, sadə insanların, kənd yerlərində böyümüş insanların mənzillərinə isə toy manıslarıyla girəcəklər. Bütün əməliyyat skripka, violonçel ya da zurna-balabanla müşayiət olunacaq.

Cəmil Həsənli, İsa Qəmbər kimi hörmətli müxalifətçilərin evinə polis Mirələm Mirələmov kimi xanəndələri aparacaq. Zeynəb Xanlarova şxsən polis əməliyyatlarında iştirak etməyə hazır olduğunu bildirib..

Daxili işlər nazirliyi və Mədəniyyət nazirliyi belə hesab edirlər ki, musiqili əməliyyatları vətəndaşlar ürəkdən bəyənəcək, polislərə və manıslara yaxşı şabaş  verəcəklər.

Mirzə ƏLİL

26.06. 2020, Samara

Обсуждение закрыто.