DEPUTAT HİKMƏT MƏMMƏDOV DEYİR Kİ, «SARI GƏLİN» BACANAQ TÜRKLƏRİN MAHNISIDIR…

Стандартный

hikmet_memmedov

Azərbaycanda bəzi insanlar şikayətlənirlər ki, indi keçmişdəki komediya, felyeton yazanlar yoxdur, satiriklər yoxdur, Mirzağa Əliyev kimi, Əliağa Ağayev, Nəsibə Zeynalova, Bəşir Səfəroğlu kimi artistlər yoxdur. Bu iddiada, əlbəttə, həqiqət var. Ancaq başa düşmək lazımdır ki, niyə yoxdur və bu gün belələrinə ehtiyac varmı.

Bir az qabağa qaçıb deyirəm ki, ehtiyac yoxdur!

Bir vaxtlar xalqı ancaq satiriklər və komediya artistləri güldürürdülərsə, indi xalqı prezident güldürür, millət vəkilləri güldürürlər, nazirlər güldürürlər, icra başçıları güldürürlər, alimlərimiz güldürürlər.

Məsələn, deyək ki, Bəşir Səfəroğlu müəyyən rolda səhnəyə çəıxır v tamaşaçıları güldürürdü. Yəni komedioqraf tərəfindən yaradılan surətin səhnə təcəssümünü görəndə xalqı gülmək tuturdu. İndi götürək prezidentimizin yaratdığı Lazım surətini. Lazımı heç kimi görməyib, səsini heç kimi eşitməyib, ancaq prezident Lazım adını çəkən kimi xalq qəşş edir. Belə olan halda bir artistə maaş verib onu Lazım rolunda səhnəyə çıxarmağa ehtiyac varmı?

Yoxdur!

Millət vəkillərinin hər biri ağzını açanda xalq o qədər gülür ki, bəzi insanlarda qrıja-zad da yaranır. Heç ağızlarını aşçmasalar da güldürürlər. Onların bioqrafiyalarına baxın – necə yüksəliblər, necə deputat olublar. Bunlar  hamısı elə gülməlidir ki, bizim daha Mirzə Cəlil felyetonlarına ehtiyacımız  yoxdur.

Ancaq elə ki ağızlarını açırlar…

Mən bu gün deputat Hikmət Məmmədovun “açıqlama”sını oxuyanda məni eə gülmək tutdu ki, başım bir neçə dəfə kompüerin ekranına dəydi. Görün bu komik deputat nə deyir:

“Azərbaycan Ordusu işğalçı Ermənistana öz gücünü göstərib!”

Əlbəttə, Hikmət Məmmədov belə deyir ki, bədbəxt və yazıq xalqını güldürsün, əslində gözəl bilir ki, Zəngilanda beşulduz mehmanxananı azərbaycanlılar yox, ermənilər tikirlər.

Hələ görün sonra nə deyir:
“Uğurlu Naxçıvan əməliyyatı nəticəsində strateji yüksəkliklərə çıxmışıq. Ermənistandan Dağlıq Qarabağa gedən yol bizim gözümüzün qabağından keçir”. 

Bəzi adamlar bunu başa düşməyəcəklər: Necə yəni biz yüksəkliyə çıxıb ermənilərin Qarabağa gedib-gəlməyinə baxırıq? Hələ deyəcəklər ki, Hikmət Məmmədovun başına hava gəlib (əvvəldən başı havalı olmayıbsa). Mirzə Əlil qətiyyətlə buna etiraz edir! Gəlməyib. Hikmət Məmmədovun başında hava-zad yoxdur. Belə danışır ki, biz gülək! Düzdür, ermənilər bunu oxusalar, bizdən də çox güləcəklər, ancaq bunun eybi yoxdur, cəhənnəmə gülsünlər…

Vikipediyada Hikmət Məmmədovun titullarının və fəxri adlarının siyahısına baxdım: düz 11 dənədir! Hətta Həsən bəy Zərdabi adına mükafat alıb. Yəqin bu mükafat Hikmət Məmmədova veriləndə Zərdabi qəbrində gülməkdən bir neçə dəfə çevrilib…

Ancaq məni ən çox güldürən Hikmət Məmmədovun aldığı 6 müəllif şəhadətnaməsindən biri oldu. “ Şəhadətnamə (№7678). “Sarı gəlin” mahnısının qəhrəmanı xristian qıpçaq (peçenenq) qızıdır. (Bir mahnının izi ilə, yaxud qıpçaq qızı Sarı gəlin.)

Bunu görəndə öz başıma hava gəldi və havanı qovmaq üçün başımı bir neçə dəfə qapının tininə vurdum!

Ay rəhmətliyin oğlu, bunu de də! Sarı gəlin peçenenq qızıymış! Yəni bacanaq türkünün qızı!

Mən bunu başqa bir aferistin, yəni rusdilli qazax şairi Oljas Süleymanovun diliylə deyirəm. Oljas Süleymenov deyib ki, peçeneq “bacanaq” deməkdir, çünki peçeneqlə rus bacanaq olublar…

Deməliyəm ki, Oljas Sükleymenov, mənim mərhum nənəm demişkən, çoxdanın lotusudur, dümbəyi əskikdir!

Elə  bu Hikmət Məmmədov da onun tayıdır…

Peçeneq qızı… Bacanaq qızı…

Uşaqlıqda bizə həmişə deyərdilər ki çox gülməyin, çünki gülməyin axırı ağlamaq olur. İndi mən də çox güldüm, sonra ağlamaq tutdu. Gördüm ki, ürəyimdə vətənə məhəbbət qalmayıb. Hətta Sovet Azərbaycanına azdan-çoxdan məhəbbbətim vardı, müstəqil Azərbaycana isə məhəbbətim yoxdur. Heç ata yurduna da sevgim qalmayıb. Çünki Fəzail Ağalmalı kimi başlı-qulaqlı vəhşi mənim ata yurduma işəyib. Yəni doğrudan, əməlli-başlı. Çünki orda qanaqlıqda olub, ordan bu yerazı deputat seçdirirlər…

Mən belə vətəni sevə bilmirəm…

O ki qaldı komedioqrafların, komik aktyorların olmadığına… Onlara ehtiyac yoxdur. Komediya teatrını bağlayıb qapısını qıfıllamaq lazımdır. Direktoru Əliqismət Lalayev gündə iki saat Torqovıda dayansa, camaat baxıb qəşş edəcək….

Oqtay Şirəliyevi qoyun postamentdə “Azadlıq” meydanına. Xəstələrin yarısı gülməkdən sağalar… Səhiyyə sistemi xeyli düzələr…

Əliağa Ağayev ayda neçə dəfə səhnəyə çıxırdı? Dörd-beş dəfə, çox çıxmazdı. Amma müdafiə naziri Zakir Həsənov hər gün səhnədədir, hər gün deyir ki, bu mürtəd ermənilər yıxacaq yerə, ağzına-ağzına vuracaq. Camaat da gülür. Bilir ki, şutit eləyir…

Açıqlamasının şirin yerində Hikmət Məmmədov birdən lap zaylayır və iddia edir ki,  “2016-cı ilin, həm 2018-ci illərin hərbi əməliyyatları göstərdi ki, biz böyük ərazilərimizi işğaldan azad edə bilmişik”.

Boynuma alım ki, bu yerdə ağzımdan bir neçə söyüş çıxdı, yəni ki, yalançının lap… Hansı ərazini azad eləmisən, cüvəllağı? Adını de!

Ancaq tez özümü yığışdırdım. Yadma düşdü ki, bunlar hamısı xalqı güldürmək üçündür…

Bunlar deputat deyillər, bunlar artistdirlər, bunlar lotudurlar…

Yəni yaxşı mənada deyirəm. Hikmət Məmmədovun müqəddəs titullarına və şəhadətnamələrinə and olsun!

Mirzə ƏLIL

26.06. 2020, Samara

Обсуждение закрыто.