TƏLATÜM ORDEN ALDI, SALYAN TƏLATÜMƏ GƏLDİ…

Стандартный

Azerbaijan,_2011-968

Haçan mənim yanımda kimsə əlahəzrət prezident İlham Əliyevə yerlipərəst desə, dava düşür. Davanı da mən salıram, çünki əlahəzrət və möhtərəm prezident bütün azərbaycanlılara bir gözlə baxır. Bəzi cahil insanlar elə başa düşərlər ki, guya prezident millətə baxanda gözünün birini yumur. Yox, yummur! Bir gözlə baxmaq o deməkdir ki, əlahəzrət ayrı-seçkilik eləmir, naxçıvanlını ya ermənistanlını leriklidən ya şamaxılıdan üstün tutmur.

Hansı antimilli ünsürün buna şübhəsi varsa, gəlsin prezidentin bu gün verdiyi fərmanı soxum gözünə. 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni alanlardan biri də salyanlı Təlatüm Quliyevdir. Düzdür, Təlatüm Bakıda doğulub, ancaq atası salyanlıdır, yəni özü də salyanlı sayılmalıdır. Necə ki, naxçıvanlılar iki yüz il də Bakıda yaşasalar, yenə naxçıvanlıdırlar.

Təlatüm Quliyev bu yüksək ordenə ikinci dəfədir ki, layiq görülür. 2006-cı ildə o, “Vətənə xidmətə görə” ordeninin ücüncü dərəcəsinə layiq görülüb. Yəqin yaxın vaxtlarda ordenin birinci dərəcəsini də alar, olar Sover İttifaqı Qəhrəmanı, yəni Azərbaycanın milli qəhrəmanı. Onda salyanlılar Təlatümün heykəlini qayırıb şəhərin yaxşı bir yerinə qoyarlar. Eh, təsəvvür edirəm ki, Salyan indi necə təlatümə gəlib, indi orda nə şadyanalıq var, nə qədər qoyun kəsilib… Salyan şadyanalıqlarının davasız keçmədiyini nəzərə alsaq, güman etmək olar ki, bıçaqlananlar da var.

Fəxr edirik Təlatümlə! Canımız qurban belə yerlilərə! Başımızı ucaldır!

İndi yadıma düşür ki, Təlatümün mərhum atası tarixçi Əliğvsət Quliyevin də Salyanda heykəli vardı. Yəni indi dağıdılmış Qələbə bağının günbatan tərəfində, Kürə lap yaxın yerdə mədəniyyət evi vardı. Burda əfsanəvi Rəşid Behbudov iki konsert vermişdi və o konsertlərin birində Mirzə Əlil də olmuşdu…

Hə, o mədəniyyət evinə Əliövsət Quliyevin adı verilmişdi. Sonradan giriş qapısının ağzında abidəsi də qoyulmuşdu. Ancaq abidəniu elə tərs qoymuşdular ki, gərək mədəniyyət evinə girmək üçün heykəlin başından tullanaydın… Heykəli yaradanın təqsiri yoxdur, heykəli qapının ağzına qoyan yəqin nəşəli olmuşdu…

O mədəniyyət evi gərək ən azı Rəşid Behbudoun xatitirinə və xatirəsinə görə saxlanılaydı. Ancaq cavan, sağlam, bundan sonra əlli ildən çox ömrü olan binanı buldozerə verdilər. Əliövsət Quliyevin abidəsi yəqin elə buldozerin  çalovundan atılıb Kürün dərin yerinə…

Əgər qalıbsa, orasını-burasını qayırıb oğlunun adıyla bir yerə qoymaq olar…

Mədəniyyət evini də dağıtdılar ki, təzə icra binası tiksinlər. Qabağında da  kimin heykəli olsa yaxşıdır? Əliövsət Quliyevin? Yox, milli öndərin…

Salyan şəhərini yadelii məmurlar dönə-dönə alt-üst ediblər, dağıdıblar, Salyanda salyanlıq qalmayıb, salyanlılar isə cınqırlarını çıxarmayıblar. Bəzən bir kəlmə sözdən ötrü bıçağı düz ürəyin başına soxan salyanlılar…

İnternetdə çox çətinliklə tapdım ki, Təlatüm Quliyev Milli Məclisdə ümumi şöbə müdiridir. Oxudum və inanmadım. Öldürsələr də, inanmaram. Cəbhədə canını verən əsgərə üçüncü dərəcəli medal verirlər ölümüdən sonra.  Fəzail Ağamalı ya Fazil Mustafa kimi başlı-qulaqlı vəhşşilərin, Aqil Abbas kimi soğanbaşların oturduğu məclisdə ümumi şöbə müdiri az qala Milli qəhrəman oldir?

Yox, məni öldürəsinz də inanmaram!

Mən belə fikirləşirəm ki, Təlatüm Quliev də İsrailin gizli xidmət zabitləri kimi məxfi əməliyyatlar həyata keçiir. Məsələn, Ağdam ərazisində keçir cəbhə xəttini, on beş-iyirmi erməni əsgərini qırıb qayıdır Bakıya. Sabah Fizuli tərəfdən, biri gün Kəlbəcər tərəfdən. Yəni indiyəcən Təlatüm yüzlərlə erməni əsgər və zabitini məhv edib, yüzlərlə ədəd texnikanı partladıb. Ermənilər verdiyi itkiləri gizlədirlər. Ancaq Təlatümün başına mükafat qoyublar. Milyom dram ya milyon komediya, dəqiq bilmirəm onların pulu necə adlanır…

Əgər yaxın vaxtlarda Koçaryanın ya Sarqsyanın ölüm xəbəri gəlsə, bilin ki, onlar öz əcəlləri ilə ölməyiblər, onları salyanlı balası Təlatüm Quliyev öldürüb…

Şöbə müdirinə əlahəzrət prezident o cür ordenləri verərdimi? Əlbəttə, verməzdi!

Vallah, bu yerdə məni ağlamaq tutdu. Bilmirəm niyə. Ya Salyanın xatirəsi məni kövrəltdi, ya o buldozerə verilmiş mədəniyyət evinin xatirəsi. Düzdür, narkotik keflənmə vəziyyətində olan salyanlıların düz qapının ağzına qoyduqları abidəni gözümün qabağına gətirəndə güldüm də. Vallah, çox arsız millətik, dərd başdan aşır, yenə gülürük…

Hə, daha Salyanda mədəniyyət evi yoxdur. Keçmiş “Kosmos” kinoteatrının orasını-burasını qayırıb adını utanmaz-utanmaz  qoyublar mədəniyyət mərkəzi…

Əlbəttə, mərkəz… Yox, hoqqa…

Mirzə ƏLİL

23. 06. 2020, Samara

Обсуждение закрыто.