Daily Archives: 22.06.2020

SALUR QAZAN AYDIR: LAZIM GƏLƏNDƏ GEDƏRƏM…

Стандартный

1

Bu yaxınlarda Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti üçün fövqəladə hadisə baş verdi: “Kitabi-Dədə Qorqud” dastanının indiyəcən məlum olmayan üçüncü nüsxəsi Monte Karlo şəhərindən tapıldı. Maraqlıdır ki, bu nüsxədəki qollar məzmunca  Drezden və Vatikan nüsxələrindən xeyli fərqlənir.Bu fərq xüsusən “Salur Qazanın evi yağmalandığı boyu bəyan edər “qounda xüsusən aydın görünür.

Monte Karlo nüsxəsində bu boy Qazan xanın kef məclisinin təsvuriylə başlayır. Xan bir həftə dalbadal başının dəstəsiylə o qədər içir ki, axırda başını dəm ağrısı tutur. Yeri gəlmişkən, bu qolu diqqətlə oxuyanda görürsən ki, Qazan xan alkoqolik, yəni içki düşgünü olub. Bəli, Salur Qazan görür ki, başı çatlayır, dəmini dağıtmaq üçün qərara alır ki, ova çıxsın. Qazan xanın ova çıxmağını casuslar kafir Şöklü Məliyə xəbər verirlər, Şöklü Məklik də qoşunuyla gəlib Qazan xanın evini yağmalayır, adamlarını, o cümlədən qarı anasını və arvadı Boyu uzun Burla xatunu əsir aparır.

Qaraca çobanın da Şöklü Məliyin adamlarını sapandıyla qırmağı elə Drezden və Vatikan boylarındakı kimidir. Fərq Qazan xanın qayıtmağından sonra başlayır. Qaraca çoban baş verənləri Salur Qazana danışır və deyir ki, ağam Qazan, durma, gedək, sən ananı, arvad-uşağını Şöklü Məlikdən al, mən də qardaşımın qanını alım.

Salur Qazan deyir ki, yol məni yorub, qarnım da acdır, bir toğlu kəs, bişir yeyim, sonra gedərik. Salur Qazan toğlunu yeyir, yenə bir tuluuq şərab vurur, yıxılır böyrü üstə. Qaraca Çobanı ağlaya-ağlaya deyir ki, ağam Qazan, getmək vaxtıdır, yatmaq vaxtı deyil. Salur Qazan deyi ki, yixusuz mən ata minə bilmərəm, yolda yuxu tutar, atdan yıxılaram. Yuxumu alım, sonra gedərik. Bu yatmaqla üç gün, üç gecə yatır. Ayılan kimi yenə Qaraca Çobandan quzu kababı istəyir. Qaraca Çoban deyir ki, ağam Qazan, axı sən getməsən, Şöklü Məlik Boyu uzun Burla xatunu zad eləyər, şey eləyər. Salur Qazan deyir ki, axmaq-axmaq danışma, sən çobanlığınla mənə qeyrət-namus öyrədəcəksən? Zad eləyəndə eləyəcək də, ind mən nə qayırım? Mən Napoleonam? Mən Kutuzovam? Mən Zakir Həsənovam? Mən onlar kimi sərkərdə olsaydım, elə indicə durub gedərdim. Mən onlar kimi sərkərdə deyiləm, ona görə gərək lazımı gözləyəm.  Lazım gələndə durub gedərəm. Hələ lazım gəlməyib.

Qaraca Çoban soruşur ki, ağam Qazan, o lazım nədir, kimdir? Salur Qazan deyir ki, sən yemək işinə bax, lazım gələndə özün görəcəksən…

Bu əhvalatdan xəbər tutan adlı-sanlı oğuz bəyləri gəlib Salur qazana yalvar-yaxar eləyirlər ki, düşsün qabağa, getsinlər kafir Şöklü Məliklə haqq-hesab çəksinlər. Salur Qazan bəylərə də deyir ki, gedərik, ancaq lazım gələndə. Bəylərin ağzını yummaq üçün hər birinə orden verir, general rütbəsi verir, qızıl alaçıq verir. Təzədən bir neçə boynu uzun qız alır, Burla Xatun yaddan çıxır. Əvvəlcə Dədəm Qorqud orda-burda Salur Qazandan tənqidi danışır, ancaq xalq artisiti adı və xan təqaüdü veriləndən xalq arasında təbliğat aparır ki ən yaxşı, ən müdrik qərar – lazımı gözləməkdir…

Gedimlü-gəlimlü dünya,
Həmişə lazımlu dünya…

Mirzə ƏLİL

22.06. 2020, Monte-Karlo — Samara