Daily Archives: 13.06.2020

MÜŞFİQ CƏFƏROV, SƏNDƏN QABAQ KÜRDƏ BALIQ VARDI, GƏNCƏDƏ DƏ İDMAN…

Стандартный

1

Azərbayxanın «aparıcı» agentliyi Report.az «Azərbaycan pandemiya ilə mübarizəyə tez və asan adaptasiya oldu» adlı böyük material çap edib və bunu deputat Müşfiq Cəfərovun “açıqlaması” adlandırıb.

Burda qəribə görünən bir neçə şey var.

Azərbaycanda koronovirusla mübarizənnin uğurlarından niyə ölkədə yoluxanların sayı hər gün artdığı bir vaxtda və həm də belə pafosla və ağızdolusu danışılır?

Azərbaycanda koronovirusla mübarizənin  xüsusiyyətlərindən niyə Azərbaycan kənd təsərrüfatı institutunun məzunu danışır? Məgər Azərbaycanda virusla heyvanlar yoluxurlar? Ya Azərbaycanın ən hörmətli virusoloqu baytardır?

Niyə Müşfiq Cəfərov utanıb-qızarmdan “Avropanın inkiaf etmiş ölkələrinə” böhtan atır? Gəncəli baytar ya zootexnikin dediyinə görə, “inkişaf etmiş ölkələrdə” “yoluxanların müalicəsini sığorta sisteminə əsasən həyata keçirildi”.

Bəli, Avropada , hətta Rusiyada da hamı tibbi sığorta ilə əhatə olunub. Yəni Azərbaycandakı sığortasızlıq sığortalılıqdan yaxşıdır? Avropanın hansı ölkəsində koronoviruslu xəstəni müalicəsiz qoyublar? Müşfiq Cəfərovda belə faktlar var?

Müşfiq Cəfərov deyir: “Ölkəmiz isə hər zaman yardıma ehtiyacı olanın yanında oldu”.

Ölkə həmişə ehtiyacı olanın yanındadırsa, niyə xəstəxanalrda xəstələri soyurlar? Niyə yüz minlərlə insan müalicə olunmaq üçün İrana gedir?

Niyə Azərbaycanda istənilən söhbət, hətta sırf səhiyyə mövzusu təbliğata çevrilir? Müşfiq Cəfərov kimi inandırmaq istəyir ki, Azərbaycanda hər şey yaxşıdır, Avropa isə yaman gündədir?  Əgər vəziyyət Cəfərov deyən kimidirsə, niyə Azərbaycandan minlərlə vətəndaş Avropaya qaçır, inkişaf etmiş Avropa ölkələrindənsə kiminsə Azərbaycana qaçıb gəldiyi faktı məlum deyil. Niyə Azərbaycandan Rusiyaya suvaqçılığa, bənnalığa gəlirlər? Niyə Azərbaycanlı qadınlar Rusiyanın mağazalarında süpürgəçi işləyirlər?

Pandemiyaya kim adaptasiya oldu? Müşfiq Cəfərov kimi vecsiz deputatlar? Əlbəttə, ölkə alt-üst olsa da, onlar maaşlarını alacaqlar, üstəlik bizneslərini də quracaqlar. Bakıda günəmuzd işləyib ailə dolandıran, rejimlə bağlı qazancını itirən on minlərlə rayon sakini də adaptasiya oldumu?

Vikipediya yazır ki, 2013-cü ildən bu baytar hakimi Gəncədə idmana rəhbərlik edir. Sovert vaxtı Kirovabadda idmanın olduğu yadımdadır. Yəni Jvanetskinin dediyi ki, havadan zəhrmar yağsa da, Kamada balıq var idi… İndi Vikipediyada Gəncəyə həsr olunmuş məqalədə idmanla bağlı bircə sətir var, o da 2017-ci ildə keçirilmiş marafona aiddir. Yazılıb ki, marafon filan küçədə başlanıb, filan yerdən keçib, filan yerdə bitib.

Əslində bununla hər şey bitib… Komediyanın sonu…

Vəssalam. Azərbaycanın ikinci şəhərinin idmanı bundan ibarətdir. Azərbaycan kənd təsərrüfatı institutunun məzunu hansı nailiyyətlərinə görə irəli çəkilir, hansı ləyaqətlərinə görə mandat alır, məlum deyil.

Nə nailiyyət var, nə də ləyaqət. Ona görə də agentliyin səxavətlə yer verdiyi belə açıqlamalar sayaqlamaya oxşayır. Müşfiq Cəfərov bəlkə də onun adından yazılmış mətni həftələrlə evlərinin astanasında, yəni Dağıstanda  ağır vəziyyətdə yaşamış Azərbaycan vətəndaşlarının  hüzurunda oxusa, hövsələsi dar olanlar onu şillələməsələr də, yaxşı sözlər deyərdilər…

Vallah, Azərbaycan kənd təsərrüfatı institutu pis məktəb deyil. Ancaq onun bəzi məzunları nədənsə iunsanlara heyvan kimi baxırlar…

 

Mirzə ƏLİL

13.06. 2020, Samara

PAŞİNYAN RƏHİM QAZIYEVİN DÖYÜLDÜYÜNDƏN HİDDƏTLƏNİB

Стандартный

rehim

Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlər qarşısında çıxış edərək Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyeivin vəhşicəsinə döyüldüyündən hiddətləndiyini bildirmiş, bu cinayəti törətmiş kürəkəni Ramil Əzizovun  tezliklə tutulub Ermənistana verilməsini tələb etmişdir.

Məlumdur ki, 1992-ci ildə Şuşanı ermənilərə vermiş Rəhim Qazıyevə Ermənistanda böyük hörmətlə yanaşılır. Keçmiş Azərbaycan naziri hətta Erməistanın «Marşal Baqramyan» medalına layiq görülmüşdür. Tutulub Ermənistana verilsə, Rəhim Qazıyevin kürəkənini ağır cəza gözləyir.

 

Mirzə ƏLİL

13. 06. 2020, Samara