Daily Archives: 12.06.2020

POLİS XANIMDAN “DOVŞAN” ADINI GÖTÜRÜB, “CEYRAN” ADI VERİB…

Стандартный

2

Sənədl film

Yasamal əməliyyatında zorakılığa məruz qalmış, özü və ailəsi “dovşan” adlandırılmış Gülər Süleymanlı limuzinə mindirib motoskletçilərin müşayiəti ilə zurna-balaban çala-çala polis idarəsinə gətiriblər, orda acizanə üzr istəyib “dovşan” adını onun və oğlanlarının üstündən götürübər. Bundan sonra polislər Gülər Süleymanlıya yazılı şəkildə “ceyran”, oğlanlarına isə “qoç” adı veriblər.

Gülər Süleymanlı polislərə dərin təşəkkürünü bildirib və deyib ki, onun ən böyük arzusu İlham Əliyevin əlini, Mehriban xanımın ayağını öpməkdir. Polis rəisi deyib ki, ceyran xanım, bu, çox gözəl arzudur, ancaq indi ölkədə şoğərib qandemiyadır, öpüşmək qadağndır, indi ancaq müsavatçılar, cəbhəçilər, nidaçılar və sairlər kimi pozğun antimilli ünsürlər öpüşürlər. Bu qandemiya qurtaran kimi siz prezidentin və onun xanımının əl-ayağından doyunca öpə bilərsiniz. Polis qeyd edib ki, qandemiya ərzində prezidentin əl-ayağından öpmək istəyənlərdən böyük növbə yaranıb, ancaq söz verib ki, ceyran xanımı qabağa buraxsın.

Sonra Gülər Süleymanlını yenə limuzinə mindirib “Allah, Allah” deyə-deyə Yasamaldakı evinin qabağına gətiriblər. Həyətə yığışan sakinlər Gülər Süleymanlıya gül, polislərə isə çiçək dəstələri veribər.

Filmin sonu

Mirzə Əlil
12.06. 2020, Samara