ŞƏHİDLƏR: HƏSƏNQULU QASIMOV

Стандартный

Həsənqulu_Qasımov

Həsənqulu Qaçay oğlu Qasımov, və ya Həsən Qorxmaz (9 iyun 1969QayalıQubadlı rayonu – 10 dekabr 1992, Qubadlı rayonu) — «Azərbaycan Bayrağı» ordeni ilə təltif olunmuş Qarabağ müharibəsi şəhidi.

Həsənqulu Qaçay oğlu Qasımov 1969-cu il iyunun 9-da Qubadlı rayonunun Qayalı kəndində anadan olmuşdu. 1984-cü ildə Qayalı səkkizillik, 1986-cı ildə Qubadlı qəsəbə orta məktəbini bitirmişdir. 1987-ci ildə ordu sıralarına çağrılaraq 1989-cu ilə qədər Almaniya Demokratik Respublikasında xidmət etmişdir.

Almaniyadan tərxis olunduqdan sonra Azərbaycanın müdafiəsinə qalxmış və döyüş yolu Şuşadan başlamış, Laçında davam etmiş, Qubadlıda isə sona çatmışdı. Qasımov Laçın şəhəri işğal olunarkən el arasında “Qorxmazçılar” adı qazanmış taqımı ilə köməyə gəlmiş və 108 nəfəri mühasirədən çıxarmışdır. Sonra Qasımovun başçılıq etdiyi taqım Qubadlı rayonuna göndərilmişdi. O, bunda sonra ömrünün sonuna qədər Ermənistanın sərhədində yerləşən Yuxarı Cibikli kəndi və onun ətrafını müdafiə etmişdir. Bununla belə onun taqımı nümunəvi taqımlardan olduğu üçün rayonun ən qaynar nöqtələrinə köməyə də göndərilirdi.

Qasımovun son döyüşü 1992-ci ilin dekabrın 10-da Yuxarı Cibiklidə oldu. Saat təxminən altı radələrində, qəflətən güclü artilleriya hücümu başladı. O, döyüşçülərə öz mövqelərinə çəkilməyə əmr verib, özü səngərə doğru qaçdı. Həmin vaxt düşmənlərin atdığları mərmilərdən biri onun yanında partladı. Onun yanına yetirən tibb bacısının səylərinə baxmayaraq, Həsənqulu Qasımov həlak oldu. Qubadlı Şəhidlər xiyabanında dəfn edilib.

Subay idi. 

 

Реклама

Обсуждение закрыто.