ƏLİQİSMƏT MÜƏLLİM, QORXMA, KƏLLƏ DƏ VUR!…

Стандартный

eliqismet

Bu gün təsadüfən gözümə haçansa şəxsən tanıdığım Əliqismət Lalayevin adı dəydi. Əslində “dəydi” o söz dyyil, bu ad məni elektrik cərəyanı kimi vurdu.

Tanımadığım, əvvəllər adını eşitmədiyim bir artist şikayət edir ki, Əliqismət Lalayev onun maaşını vermir.

Bunu oxuyanda çox güclü qürur hissi keçirdim. Yəni fəxr edlədim ki, mənim salyanlım artisti adam-zad saymır, maaşını da vermir.

Salyanın lıqqa suyu sənə halal olsun, Əliqismət!

Bu əməkdar artist isə bambılı kimi atılır-düşür ki, nə bilim mən əməkdaram, nə bilim mən prezidentin yolu ilə gedirəm…

Zalım balası, sən nə bilirsən prezident hansı yolla gedir? Bir yerə gedəndə dalına düşürsən ya səni özüylə aparır? Niyə səfeh-səfeh danışırsan?

Çingiz Əhmədov adlı bu artist deyir ki, prezident onun teatrına “akademik” statusu verib. Vallah, prezident bu statusu ürəyinin yumşaqlığından verib. Nəsibə Zeynalova öləndən o teatr nəinki akademik, nəinki professor, hətta tələbə statusuna da layiq deyil!

Yaxşı eləyir Əliqismət sənin maaşını vermir. Sənə nə maaş? Sən gərək özün Əliqismətə pul verib səhnəyə çıxasan!

Sən Əliqismətə bax, özünə bax. Mən Əliqismətin şəklinə baxdım, elə bildim Teymurləngin, Napoleonun şəklini görürəm. Allah, Allah, baş nə boyda olarmış! Üç mənim başım boyda! İndi gör o boyda başın içində nə qədər intellekt var!

Üz nə boyda olarmış, Allah! Belə üz elə-belə yaranmayıb! Bu başı, bu boyda üzü Azərbaycan mədəniyyəti, Azərbaycan mədəniyyət nazirliyi yaradıb. Əbülfəz Qarayev nazirliyi yeyə-yeyə burnunu böyüdüb, mənim salyanlım isə başını!

Salyanda belə başın qiyməti yoxdur! Toy yerində birinə kəllə atanda yeddi-səkkizi ağır xəsarət alır!

Ay əməkdar artist, dilini qoy qarnına, yoxsa Əliqismət sənə bir kəllə qoyar ki, qida borun dağılar və heç pula ehtiyacın qalmaz!

Eh, cavanlıq! Mən Əliqisməti 1975-ci ildə Salyanın “Qələbə! Qəzetinin redaksiyasında görmüşdüm. (Kənd poçtalyonu Əlihüseyn bu qəzetə «Qəəbə» deyirdi: gəl səəə bir «Qəəbə»verm…) Sütül, arıq uşaq idi. Bakıda, türkün məsəli, kəsilib qayıtmışdı, düzəlmişdi redaksiyaya müxbir. Köhnə nömrələrdən məqalələrin üzünü köçürür, adları dəyişdirib basməmmədi eləyirdi.

İnkişafa bax! Tərəqqiyə bax! Gör indi harda oturub! Baş boranı boyda, artisti adam saymır (bunu yaxşı eləyir), yəqin bir neçə evi və bir neçə maşını olar.

Hamısı da prezidentimizin atalıq qayğısı nəticəsində.

Öz-özümə deyirəm:  Mirzə Əlil, orda qalsaydın, bəlkə sənin də başın o yekəlikdə olardı. Hətta bəlkə boyun da uzanardı. Sənin Rusiyada nə işin var idi…

Bunu öz-özümə deyib ağladım…

Allah Əliqismət yerlimi güldürsün.

Fəxrimizdir…

Mirzə ƏLİL

05. 06. 2020, Samara

Реклама

Обсуждение закрыто.