GƏNCƏLİLƏR, ƏLDƏQAYIRMA GENERALLARA ARXAYIN OLMAYIN…

Стандартный

general Yaşar Əliyev

Şər deməsən xeyir gəlməz, sabah ermənilər Gəncəni alsalar, ermənilərdən inciməyin. Çünki yiyəsiz qalan şeyi götürən adamlardan niyə inciyəsən? Gəncə isə yiyəsizdir. Elə Azərbaycanın başqa şəhər və kəndləri də yiyəsizdir. Çünki qüdrətli düşmənlə üz-üzə durmuş ölkə prezidentinin hərbi məsələlər üzrə müşaviri ömrünün çoxunu sovet milisində keçirmiş Məhərrəm Əliyevdir. Bu o deməkdir ki, ölkənin müdafiəsi yenə İsgəndər Həmidov kimi adamların əlindədir.

Məhərrəm Əliyevin heç ali təhsili də yoxdur. Orta ixtisas milis məktəbini qurtarıb. Qiyabi diplomu var, ancaq milisionerlərin, xüsusən azərbaycanlı “qırmızıpapaqların” qiyabi necə oxuduqları məlumdur. Əgər Məhərrəm Əliev ömründə bir dəfə bir hüquq dərslliyini oxuyubsa, mən adımı dəyişib qoyaram Mirzə Təbil…  Yəni orta təhsilli milis işçisi qüdrətli Ermənistanla üz-üzə durmuş Azərbaycan prezidentinin hərbi müşabviridir.

Kül bizim başımıza!

Azərbaycan sovet milisi hamılıqla rüşvətxor və oğru olub. Rəislər qan batırıblar, narkotik alveriylə məşğul olublar, kənd rayonlarında mal-heyvan oğurladıblar. Məhərrəm Əliyev onlardan biri olmasaydı, milisdə iki gündən artıq qalmazdı.

İndi yaşı yetmişə çatan bu insan niyə hərbi müşavirdir? O, prezidentə hansı sahədə məsləhətlər verə bilər?

Belə yerinəişəyən polis veteranlarının yüksək hərbi rəhbərliyə təyini minlərlə şəhidin xatirəsini təhqir deyilmi?

Azərbaycanlılar otuz ildir ki, Avropanın, Türkiyənin, Amerkanın hərbi akademiyalarında təhsil aırlar, indi onlardan bəzilərnin yaşı əllini keçib. Niyə rəhbərliyə onlar yoz, orta təhsilli milisioner Məhərrəm Əliyev çəkilir?

Və bu Məhərrəm Əliyev xəzinəyə, yəni Azərbaycan xalqına ayda neçəyə başa gəlir? Axı onun öz aparatı var, köməkçiləri var, katibələri var, şoferləri var, cangüdənləri var. Bu, xalqın üzünə tüpürmək deyilmi?
İndi Məhərrəm Əlievə yeni müavin təyin olunub: general Yaşar Əliyev. O da milisionerdir. Siyasi məktəb qurtarıb. Yəni demaqoqiya məktəbini. İndi hərbi müşavirin müavini təyin olunub. Onun da kabinetləri olacaq, köməkçiləri, müavinləri, katibələri, referentləri olacaq. Yəqin məşuqələri də olacaq, çünki hələ canı suludur, yerinə işəyən deyil…

Ermənilər bizə baxıb gülmürlərmi?

İkinci dünya müharibəsində 6 (altı!) erməni marşalı olub. Biz kimlə öyünə bilərik? Orta təhsilli milisioner general Məhərrəm Əliyevlə? Ya demaqoqiya məktəbini bitirmiş Yaşar Əliyevlə? Şəklini qoyun qabağınıza, buxağına yaxşı baxın…

Gəncəlilər! Bu oğru milislərə arxayın olmayın. Şəhərinizin müdafiəsi qayğısına qalın. Gecə-gündüz ayıq olun, tüfənginiz yoxsa da, hərəniz bir daşatan düzəldin, heç olmasa, ermənilər gələndə, daş atıb bir-ikisinin gözlərini çıxara biləsiniz. Bu yerinəişəyən milisionerlərə arxayın olsanız, gözəl və qədim şəhəriniz əldən gedəcək, özünüz də olacaqsınız qaçqın…

Qaçmağa yer qalsa…

Mirzə ƏLİL

16. 05. 2020, Samara

Обсуждение закрыто.