Daily Archives: 07.05.2020

GENERAL İBRAHİM AĞA VƏKİLOV

Стандартный

1

İbrahim Ağa Vəkilov (İbrahim Ağa Vəkilov7 may 1853Qazax qəzası, Qırax Salahlı k. – 2 iyun 1934) — Topoqrafiya üzrə ilk azərbaycanlı mütəxəssis, general-mayor, Qafqazda hərbi topoqrafiya üzrə general-mayor rütbəsinə layiq görülmüş yeganə şəxsiyyət. Baş Qərargahda hərbi topoqrafiya şöbəsinin rəisi, ilk hərbi bayrağımızın tərtibçisi, 1920-ci ildə Azərbaycanın ilk coğrafi xəritəsinin müəllifi və respublikamızda topoqrafiya məktəbinin yaradıcısı olmuşdur. Müqəddəs Anna ordeninin üçüncü dərəcəsilə (1886), İranın «Şire-Xorşid» ordenilə (1888), Müqəddəs Stanislav ordeninin ikinci dərəcəsilə (1894), Müqəddəs Anna ordeninin ikinci dərəcəsilə (1897), Müqəddəs Vladimir ordenin dördüncü dərəcəsilə (1903) qiymətləndirilib. Paşa ağa Vəkilovun oğlu, Qalib bəy VəkilovFaris bəy VəkilovReyhan xanım Vəkilovanın atasıdır.

İbrahim ağa Vəkilov 1853-cü il mayın 7-də keçmiş Yelizavetpol quberniyası Qazax qəzasının Qırax Salahlı kəndində anadan olur. Azərbaycan Dövlət Tarix Muzeyinin Elmi Arxivində saxlanılan əlli altı nömrəli qovluqda İbrahim ağa Vəkilovun 1866-cı il sentyabrın 6-da Tiflisdəki üçüncü Mejavoy Hərbi gimnaziyasına daxil olduğu göstərilir. Orta məktəb həcmində təhsil verən bu məktəbdə doqquz il oxuduqdan sonra həmyerlisi Mirzə Hüseyn əfəndi Qayıbzadənin məsləhətilə İbrahim Peterburqdakı hərbi topoqrafiya məktəbinə daxil olur. 1879-cu ildə İbrahim ağa Vəkilov həmin məktəbi müvəffəqiyyətlə bitirib, praporşik rütbəsi alır. Qulluq üçün Tiflisə göndərilən gənc zabit bir müddət Qafqaz hərbi dairəsinin topoqrafiya qərargahı şöbəsində çalışır. 1934-cü ildə 2 iyun tarixində İbrahim ağa Vəkilov vəfat etmişdir.[2]

İbrahim ağa Vəkilov on bir yaşında atasını itimişdi. Atası Paşa ağa 1864-cü ildə vəfat etmişdir. On nəfərlik ailəni güc-bəla ilə saxlayan anası Tükəzban xanım Yusif ağa qızı İbrahimin fəhmi, fərasəti ilə daha çox öyünür, qürrələnirdi. İbrahim ağa rus məmurunun qızı Yelena Yefimova ilə eşq yaşayırdı. Aralarında qarşılıqlı münasibət olmasına baxmayaraq, ailəsi dinini dəyişdirəyəcəyi təqdirdə qızın müsəlman oğlanla evlənməsinə icazə vermirdi. Hətta Yelenaya müsəlmanla evlənəcəyi halda onu övladlıqdan uzaqlaşdıracağını bildirmişdilər. Lakin sevgi qalib gəlir. Yelena 1884-cü ildə Vəkilovla birgə Türküstana gedir, orda qeyri-qanuni də olsa evlənirlər. 1891-ci ildə isə İbrahim bəyi gözlənilmədən Rusiyaya hərbi atteşe qismində ezam edirlər. Bu zaman onların böyük oğlu Borisin 7, Qlebin isə 6 yaşı var idi. Mayor rütbəsində olan Vəkilov nikahlarının rəsmi olaraq tanınması üçün çara, III Aleksandra müraciət edir. İbrahim Vəkilovun xaricdə və ölkə daxilində gördüyü xidmətlər nəzərə alınaraq xahişi qəbul olunur.

Read the rest of this entry