Daily Archives: 03.05.2020

KORİFEY JURNALİST MƏHƏMMƏDƏLİ QƏRİBLİYƏ AÇIQ MƏKTUB

Стандартный

SONY DSC

Möhtərəm Məhəmmədəli Qəribli!

Yaxşı bilərsən, Stalin Maksim Qorkinin “Qız və ölüm” poemasını oxuyub demişdi ki, bu şey (türkün məsəli!) Götenin “Faust”undan güclüdür.

Sənin məqalən, möhtərəm Məhəmmdəli, “Faust”dan da, Qorkinin də, türkün məsəli, şeyindən güclüdür. Mən indən belə daha başqa heç nə oxuyan deyiləm, qoymuşam İnternetdə avtopleyə, əvvəldən oxuyuram axıra, sonra yenə oxuyuram axırdan əvvələ.  Lenin demişkən, ne moqu otorvatsa…

Möhtərəm Məhəmmədəli! Diasporda doğrudan da ürəkaçan bir şey yoxdur. Açığını dəsək, heç Rusiya özü ürəkaçan yer deyil. Niyə bu millət o cür gözəl Azərbaycanımızı qoyub qaçır bura, mən başa düşmürəm. Götürək elə Naxçıanı. Orda insanın nəinki ürəyi, hətta başqa yerləri də açılar. Mən yüz dəfə demişəm ki, gərək Vasif Talıbov Birləşmiş Millətlər Təşkilatına rəhbər seçilə ki, bütün millətlər də naxçıvanlılar kimi ola talıban, yəni xoşbət insan. Ancaq niyə bu talıbanlar qaçıb gəlirlər Rusiyaya, mənim üçün sirdir. Yəqin başları ya ayrı yerləri xarabdır, mən ayrı səbəb görmürəm.

Möhtərəm Məhəmmədəli! Mən İnternetdə sənin gözəl bir şəklini tapdım. Deyəsən kayflanırsan. Gözəl! Mən də cavanlıqda çox eləmişəm. Yəqin dozan yaxşı olub ki, bir əlini qoymusan, türkün məsəli, şeyinin üstünə…Ancaq bir suyundan Qurbanqulu Berdımühəmmədova oxşayırsan. Gözlərinin qıyılmağından, dişlərini ağartmağından, rəngindən. Xam adam sizi dəyişik salar. Sirr deyilsə, de: sənin anan vaxtilə Türkmənistana alverə-zada getməyib?

Möhtərəm Məhəmmdəli! Doğru deyirsən, mən Şirvan Kərimova çox yalvar-yaxar eləyirəm ki, vəzifəyə seçilsə, məni də özü ilə aparsın Moskvaya, çünkli mən Moskvanı görməmişəm. Ancaq Şirvan Kərimov razılıq vermir, deyir ki, Mirzə, sənə etibar yoxdur, apararam, sən də orda başlarsan yenə Azərbaycanın simvollarını təhqir eləməyə. Deyirəm a kişi, mən haçan Azərbaycanın simvollarını təhqir eləmişəm? Mən bisavad adamam, heç bilmirəm simvol nə olan şeydir: yeməlidir, oynatmalıdır, satmalıdır. Deyir Mirzə, eləməsən də, adın çıxıb, deyir Məhəmmdəli kimi korifey jurnalistin qələminə düşəndən sonra mən səndən gərək uzaq olam…

Ay Məhəmmədəli! Məni başa sal, nədir dövlətin simvolu? Mən avam adamam, mən eşitmişdim ki, dövlətimizin, millətimizin simvolu, məsələn, Şuşadır. Şuşanı da ermənilər tutublar. Mənim nə günahım? Get Zakir Həsənivdan soruş ki, o boyda ordu ilə niyə bizim simvolumuzu erməlirəin əlindən almır? Bülbülün qəbri bizim simvolumuz deyildimi? İndi hanı o qəbir? Hanı Ağdamın məscidləri? Ermənilərin elədiklərini niyə mənim boynuma yıxırsan? Sən məni lap nahaqdan qınayırsan. Sən axı məni niyə Moskvaya həsrət qoyursan?

Sən bir şeyi düz deyirsən. Disaporaya ayrı lider lazımdır. Mən burda bir neçə nəfərlə məsləhət elədim, dedilər ki, diaspora lideri gərək yatıb çıxa. Düzü, əvvəl başa düşmədim. Dedim harda yata, hardan çıxa. Bizdə o qədər hamamlarda yatanalar var ki…  Elə yatırlar ki, heç çıxmaq istəmirlər… Dedilər yox, türmədə gərək yata. Yəni otura. Sonra çıxa. Yəni ola avtoritetli adam. Dedim elə adamı hardan tapasan. Biri səni nişan verdi. Dedi Məhəmmədəlidən yaxşı namizəd yoxdur. Birincisi, naxçıvanlıdır. Naxçıvanlıların da liderlik qanındadır. İkincisi, yatıb çıxıb. Yəni idarəçiliyi gözəl bilir.

Məhəmmədli, bu, doğrudurmu? Yəni doğrudanmı naxçıvanlısan və doğrudanmı yatıb çıxmısan? Elədirsə, gəl Rusiyaya, al rəhbərliyi əlinə, məni də apar Moskvaya. Barmağını kimə, nəyə, hansı simvola uzatsan, yazıb təhqir eləyim, hörmətdən salım.  Qurnaqulu Berdımühəmmədova əkiz qardaş kimi oxşadığına görə türkmənlərin də rəhbərliyini öz öhdənə götürə bilərsən. Bir də gördün MDB ölkələrinin yarısının diasporu sənə tabedir.

Gələcəyin parlaqdır, ay Məhəmmədəli!

Mirzə ƏLİL

03.05.2020, Samara

FƏRQANƏ MEHDİYEVANIN XATİRƏSİNƏ

Стандартный

1

İnternetdə Fərqanə Mehdiyevanın ölüm xəbərini oxuyub çox məyus oldum. Mən onu tanıyırdım. Ancaq İnternetdə gördüyüm şəkillərin heç birində mənim tanıdığım Fərqanə arasında oxşarlıq yoxdur. Saçı rənglənmiş, qatı makiyajlı qadın üzünün bircə cizgisiylə belə keçən əsrin 70-ci illərində mənim te-tez gördüyüm 0n iki-on üçü yaşlı qapqara saçlı, qarabuğdayı qızı xatırlatmır…

Fərqanədən əvvəl mən onun böyük qardaşı mərhum Zabil müəlllimi tanımışam, iki il bir məktəbdə işləmişik. Zabil Mehdiyev Salyanda rus məktəbini, sonra Azərbaycan universitetinin fizika fakultəsini bitirmişdi. Diplomunu Moskvada kristalloqrafiyadan yazmışdı. Yəni parlaq zəkalı bu insan elmi iş üçün yaranışdı, ancaq Bakıda aspiranturaya girə bilmədiyindən ömrüün sonuna qədər Salyanın kənd və şəhər orta məktəblərində müəllim işlədi. Deməliyəm ki, məni universitetə qəbul imtahanlarından birinə, ingilis dilindən imtahana, Zabil müəllim hazırlamışdı, çünki mən orta məktəbdə xarici dil keçməmişdim. Zabil müəllim o vaxt ingilis dilindən namizədlik minimumu da vermişdi…

Fərqanə ilə tanışlıq Zabil müəllimlə birbaşa bağlı deyil. Kənddə yaxın qonşumuz olan mərhum Xalıq kişi Zabil müəllimin atası Hamil Mehdiyevlə ilə bir yerdə işləyirdi, səhv etmirtəmsə, qazmada. Xalıq kişinin uşaqları mənim şagirdim olublar. Bir dəfə onlardan biri, bəlkə də Rəqibə, mənə bir agird dəftəri verib dedi ki, bu, Habil dayının qızı Fərqanənin şeirləridir, kahiş edir ki, oxuyub fikrimi yazım…

Mən o vaxtlar Salyanda “Kürün töhfəsi” ədəbi birliyinə gedirdim.Ora müxtəlif yaşda və ən müxtəlif adamlar gəlirdilər. Aralarında bir-iki kitab müəllifləri də vardı. Ancaq təkcə iki nəfər haqqında deyə bilərdim ki, onların poetik istedadı vardı: gənc ədəbiyyat müəllimi, bir az həlləm-qəlləm Zabil Pərviz və 12 ya 13 yaşlı Fərqanə Mehdiyeva…

O vaxtdan fər dəfə Fərqanə Mehdiyeva mənə şeirlərini mənə göndərəndə ya sonralar hərdən özü gətirəndə yazılarını bacardığım qədər ciddi təhlil etməyə çalışırdım. Həm də sərt…

Bir müddətdən sonra Fərqanə özü Salyandakı ədəbi birliyə gəldi. Onu son dəfə 1982-ci ilin yayında Salyanda elə ədəbi birliyin yığıncağında görmüşəm. Mən o vaxt aspirant idim, tətilə gəlmişdim. Fərqanə orta məktəbi bitirmişdi. Filoloq olmaq istədiyini dedi. Cəfər Mehdi (Əlisəmid Kürün atası) birdən cin vurmuş kimi yerindən tullandı ki, sən hara, filologiya hara… Mən də yerimdn qalxdm, az qaldıq əlbəyaxa olaq. Davanı yatırtdlar…

Bir də Fərqanəni görmədim…

Kəndlərimizin adı eynidir, aramızdan Kür axır. Bir dəfə onlara getmişəm. 90-cı illərin axırında ya da sıfırıncı illərin əvvəllərində məzuniyyətdə olanda eşitdim ki, Zabil müəllm ruhi xəstəliyə tutulub, işləmir. Gedib evlərini tapdım. Zabil müəllimi həyətdə gördüm. Evin dalında oturduq. Məndən Rusiya haqqında soruşdu. Rusdilli olsa da, azərbaycanca çox səliqəli danışırdı, nitqi zəngin idi. Birbaşa soruşmağa utanırdım ki, xəstəliyi nədir. Özü dedi ki, onu vaxtaşırı qorxu bürüyür. “İndi bir riyaziyyat ya fizika məsələsi verilsə, həll edərsən” – mən soruşdum. “Xeyrulla müəllim, zehnim yerindədir”, — Zabil müəllim gülümsəyərək dedi.

Bu vaxt Habil kişi hardansa çıxıb şığıdı Zabil müəllimin üstünə: “Qoyunlar qabaqda dırmaşıb çəpərə, gözün hara baxır!”

Mən tələsik vidalaşdım. Zabil müıllim bir anda elə bil kiçildi, balacalandı, öz içinə yığıldı və tələsik atası göstərən tərəfə qaçdı…

Bu görüşümüz hər dəfə yadıma düşəndə ağlayıram…

Sonralar eşitdim ki, Zabil müəllimin halı yaxşılaşıb, qayıdıb müəllimliyə. Ancaq çox yaşamadı. Ona kilolarla yedirdilən psixotrop dərmanlar içərisini üzmüşdü…

Düzünü desəm, bu illər ərzində Fərqanəni heç xatırlamamışam. Azərbaycanın indiki ədəbiyyatını  izləmirəm – yəni ki, bilirəm Anar yerindədir, arxayınam…

Nə ədəbiyyat?

İki il əvvəl öyrəndim ki, Fərqanə Azərbaycanda böyük şair kimi tanınır, “Ulduz” jurnalında poeziya şöbəsinin müdiridir.

Mən “Ulduz” jurnalında bir poeziya şöbəsi müdiri görmüşəm: Vaqif Cəbrayılzadə (sonralar Bayatlı). Gənc müəllif qapıdan girən kimi Vaqif  qoyun iti kimi atılırdı gənc şairin üstünə:

— Yevtuşenkonu oxumusan?

— Yox…

— Voznesenskini oxumusan?

— Yox…

— Onda itil get burdan…

Mən bilmirəm Fərqanə Mehdiya necə müdirlik eləyirmiş. Bir neçə müsahibəsini oxudum, səmimi danışır, ancaq təəssüf ki, akademik təhsilinin olmadığı bilinir, elə mədəni-maarif texnikumu səviyyəsindədir…

Şeirlərində yaxşı misralar var. Ancaq bütövlükdə şeirlər arxaikdir – qoşmalar, gəraylılar – lər, lər, lar, lar…

Azərbaycanda ədəbiyyat necə arxaik olmaya bilər: Anar ölüb bəyəm ki, nə isə dəyişə?..

Bilmirəm, ötən qırx ildə Fərqanə məni yadına salıb ya yox. Bəlkə də məni ölmüş bilib…Mən isə sağam, hərçənd ruslar zarafatla deyirlər ki, “tak dolqo ne jivut…”

Şeirlərinə baxıram, görürəm ki, bu illər ərzində mənim yerim boş olub. Gərək o şeirləri əvvəlcə mən oxuyaydım.

“Qaçanda ağlayan uşaq səsinə,
Əlindən birbəbir düşüb kündələr”.

Belə çıxır ki, uşaq səsi gələndə ananın əlində bir meçə kündə varmış? Yəni jonqlyor kimi atıb-tuturmuş?

“Ələ düşməyəndə kibrit əvəzi
Anamın içindən alışıb təndir”.

Yəni belə şey olur? Kürün sol sahilində olmazdı. Sağ tayında bəlkə olurmuş…

Ətrafda hamı cəfəngiyyat yazırsa, və öz cəfəngiyyatını təriflətdirmək üçün başqalarının cəfəngiyyatını tərifləyirsə, nə səviyyə?

Müəllif də ola müdir…

Ədəbi mühit – mənəvi mühitdir. Azərbaycanda mənəviyyatı axtaranda gərək qıçını çırmalyıb bataqlığa girəsən…

Sağlığına deyirəm…

On iki yaşlı qapqara saçlı, qarabuğdayı, utancaq qızın öldüyünə inana bilmirəm. İstedadlı uşaq idi…

Allah rəhmət eləsin.

Salyanın ən zəkalı insanlarından olan Zabil müəllimə də Allah rəhmət eləsin.

Xeyrulla XƏYAL

03.05. 2020, Samara

ŞƏHİDLƏR: ŞABRANLI BABƏK ABİDOV

Стандартный

Babək_Abidov

Babək Vəfadar oğlu Abidov (d. 3 may 1992Şabran (dövrünün Dəvəçi rayonu), Azərbaycan — ö. 2 aprel 2016Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub.

Babək Abidov 1992-ci ilin 3 may günündə Şabran rayonunun (dövrünün Dəvəçi rayonu) Zeyvə kəndində anadan olub.

Kiçik gizir Babək Abidov 2016-cı ilin aprel ayında AzərbaycanErmənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 9-u isə Babək Abidov doğulduğu Şabran rayonunun Zeyvə kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik gizir Abidov uğrunda şəhid olduğu torpağa tapşırıldı.