ŞƏHİDLƏR: FİZULİ SALAHOV

Стандартный

Fizuli_Salahov_(şəhid)

Fizuli Salahov (28 aprel 1978Dəvəçi rayonu – 13 dekabr 2017Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu. 2017-ci il dekabrın 13-də cəbhənin Füzuli bölgəsində erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olub. Ölümündən sonra «Hərbi xidmətdə fərqlənməyə görə» II dərəcəli medal ilə təltif edilib.

Fizuli Süleyman oğlu Salahov 1978-ci ildə indiki Şabran rayonunun Gəndov kəndində dünyaya gəlib. 2003-cü ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. Hərbi xidmətdə fərqləndiyinə görə dəfələrlə təltif olunub. P 2016-cı ilin aprel döyüşlərində iştirak edib. 13 dekabr 2017-ci ildə cəbhənin Füzuli bölgəsində erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olub. 2018-ci ilin fevralın 23-də ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli medalla təltif edilib

VİKİPEDİYA

Обсуждение закрыто.