Daily Archives: 23.03.2020

QARABAĞ ŞƏHİDLƏRİ: CƏBRAYILLI ŞAHİN QASIMOV

Стандартный

Şahin_Qasımov_(şəhid)

Şahin Yaquboğlu Qasımov (d. 23 mart 1973CəbrayılAzərbaycan SSRSSRİ — ö. 15 avqust 1992CəbrayılAzərbaycan) — Qarabağ müharibəsi şəhidi

Şahin Yaquboğlu Qasımov 1973-cü il martın 23-də Cəbrayıl rayonunun Karxulu kəndində anadan olub. O, ailənin son beşiyi idi. Uşaqlıqdan sakit təbiətli idi.

1980-cı ildə Karxulu kənd orta məktəbinin 1-ci sinfinə getmişdir. 1990-cı ildə həmin məktəbi bitirmiş və ordu sıralarına çağrılmışdır. Hərbi xidmətini Rusiyada keçmişdir. 1990-cı ildə ordu sıralarından tərxis olunaraq, Cəbrayıl rayonuna gəlmişdir. O, Vətəninin dar günündə könüllü olaraq, Cəbrayıl rayonunun özünümüdafiə dəstələrinin sıralarına qoşulur. Bununla da, gənc Şahinin şərəfli və ibrətamiz döyüş yolu başlanır. Şahin bu müddətdə bir neçə uğurlu əməliyyatda iştirak edərək qəhrəmanlıq və cəsurluq nümayiş etdirir. «Sur», «Ağ yol» və bu kimi bir neçə əhəmiyyətli əməliyyatlarda iştirak edərək adını tarixə yazdırır. O, İmişlinin «Küdrü Qartalları» və Gəncənin Reyd Dəstəsinin əsgərləri ilə birlikdə erməni və rus əsgərlərini məhv edərək Xocalı soyqırımının qisasını layiqincə alır. Həmin əməliyyatda Şahinin əmisioğlu mayor Mübariz Qasımov böyük igidlik göstərərək şəhadət zirvəsinə ucalır. Onu da qeyd edim ki, Qasımov Mübariz Yusifoğlu Leninqrad (indiki Sankt-Peterburqda) Hərbi Akademiyanı müvəffəqiyyətlə bitirmiş və Qazaxıstanın Almata şəhərinə göndərilmişdir. O, burada Quru Qoşunları üzrə kapitan rütbəsinə layiq görülmüşdür. Lakin 90-cı illərdə SSRİ-nin dağılması və Azərbaycanın siyasi, iqtisadi böhranla üzləşdiyi vaxtlarda o vəzifələrindən imtina edərək Qarabağa, daha doğrusu, Cəbrayıla gəlir İştirak etdiyi bir neçə hərbi əməliyyatda göstərdiyi şücaətə görə mayor rütbəsinə layiq görülür. Onun son əməliyyatı isə Sur əməliyyatı olur. O «Sur» əməliyyatında komamdanlıq etdiyi 20 əsgərlə birlikdə 3 post və bir kəndi azad edir.Lakin o, erməni gülləsinə tuş gələrək ağır yaralanır. Şahin ona yaxınlaşaraq köməyinə çatır. Ancaq, Mübariz elə öz əmisioğlu Şahinin qollarındaca dünyasını dəyişir. Beləliklə, nə qədər acı olsa da Şahin öz doğma əmisioğlunun nəşini qollarındaca doğulduğu Karxulu kəndinə təslim edir.

Bundan əlavə, Şahin «Günəşli» yüksəkliyinin düşməndən geri alınmasında, «Quşçular» və «Amudlu» postlarının azad olunmasında da iştirak edir. 1992-ci il mart ayının 15-də Şahin və digər əsgərlərin iştirakı ilə Dağlıq Qarabağın Hadrut rayonunda hərbi əməliyyat keçirildi və Hadrut rayonunun 15 kəndi bizim əsgərlərin nəzarətinə keçdi.

Şahinin son əməliyyatı isə Şişqaya yüksəkliyindəki «Ağ Yol» əməliyyatı oldu. Şahin həmin əməliyyatda iştirak edərək 50-dən çox yaralı və nəşi Cəbrayıl rayonuna təslim edir. Sonuncu olaraq, qəhrəmanlığı ilə bütün Azərbaycana səs salan polis işçisi Mirələmin yaralı olduğunu bilən Şahin onu gətirməyə gedir. Lakin yaralı Mirələmi döyüş zonasından çıxaran zaman Şahin erməni snayperinin gülləsinə tuş gəlir və uğursuz «AĞ YOL» əməliyyatının qurbanlarından biri olur. Beləcə, erməni qəsbkarlarının snayper atəşi Şahinin ibrətamiz və şərəfli ömür yoluna son qoyur. Onun ölümü bütün Cəbrayılı və onun ailəsini olduqca sarsıdır.

vikipediya

QARABAĞ ŞƏHİDLƏRİ: XALİQ İSGƏNDƏROV

Стандартный

Xaliq İsgəndərov 1970-ci ildə Ermənistan SSR-nin Dərə kəndində anadan olub. 1992-ci ildə Milli Ordu sıralarına yollanıb. Fərrux dağı, Qazançı, Mərzili uğrunda gedən döyüşlərdə iştirak edib. 1993-cü il yanvarın 1-də Ağdamın Naxçıvanik kəndi uğrunda gedən döyüşlərin birində şəhid olub.

VİKİPEDİYA