Daily Archives: 07.03.2020

NEFTÇALA RAYONUNUN YARANMASI MİNLƏRLƏ İNSAN ÜÇÜN İNDİYƏCƏN DAVAM EDƏN FACİƏDİR…

Стандартный

1

1973-cü ilin yazında Heydər Əliyev Salyan rayonunu iki yerə bölüb Neftçala rayonunu yaratdı. Bu məsələdə əhalinin heç bir iştirakı olmadı, nə referendum, nə sorğu keçirildi, on minlərlə salyanlı səhər ayılıb eşitdilər ki, neftçalalı olublar….

Məsələ rəsmi şəkildə heç cür izah olunmadığından, əhali arasında çoxlu şayiələr gəzirdi. Deyirdilər ki, rayon Əliyevin ermənistanlı yerlisi, uzun müddət sovxoz direktoru olmuş, yaxın vaxtlardan bəri Salyan rayonu icraiyyə komitəsinin sıdri işləyən İbrahim Qurbanov üçün yaradılır. Ancaq Qurbanovu təzə rayona rəhbər təyin etmədilər, yenə şaiyəyə görə, Azərbaycann KP MK-nın ikinci katibi (həmişə Moskvadan göndərilən rus olurdu) Qurbanovun namizədliyini qüəti rədd etmişdi, çünki Qurbanov rus dilini bilmirdi. (Qurbanovu görmüş və onun nitqini eşitmişəm, deyə bilərəm ki, o, Azərbayucan dilini də əməlli-başlı bilmirdi, bu insan başlı-qulaqlı vəhşi idi, deyirdilər ki, sovxoz direktoru işləyəndə çöldən eşşəklə heyvanına ot aparan kəndlini saxlayıb, ota elə eşşək qarışıq od vurdurub yandırıb…). Beləliklə, rayona yerli məmur Təvəkkül Sultanov təyin olundu. İki il keçməmiş Sultanov özünü ov tüfəngi ilə güllələdi. Və dərhal Qurbavov Neftçalaya birinci katib təyin olundu – artıq onun namizədliyini rədd etmiş rus katib Bakda yox idi, onu dəyişmişdilər…

Netçalanın yaranması minlərlə insan üçün faciəyə çevrildi, onların günün sözün əsil mənasında qara elədi. Salyana nəinki yaxın, hətta ona bitişik xeyli kənd Neftçalaya verildi. Kürün sol sahilində yerlərşən həmin kəndlərin sakinləri indi bir parça kağızdan ötrü əvvəlcə maşınla ya piyada Salyana gəlməli, burda avtobusa minib həmişə bombalanmış vəziyyətdə olan yolla saat yarıma Neftçalaya getməliydilər. Təxminən yarım ısrı yaxın vaxt ərzində Şorkənd, Qaraqaşlı, Cəngən, Ərəbardaşbəyli, Bala Surra, Pürəbbə kənd sakinlərinin çəkdikləri əziyyəti təsəvvürə gətirmək mümkün deyil. Heydər Əliyev bu kəndlərin əhalisini mal-qara kimi Neftçalaya verməklə həmin kəndləri ildən-ilə artan geriliyə, sosial inkişafdan mərhumluğa, qazsızlığa, yolsuzluğa məhkum eləmişdi. Haqlı olaraq bu kəndlərdə Neftçalaya getməyə məcbur olan insanlar “yenə gedirik o xarabaya” deyirdilər.

Bu kəndlərin Neftçalaya verilməsinin bir səbəbini də Cəngən sovetliyinin ərazisində böyük quşçuluq fabrikinin olmağında görürdülər. Bu fabrikdən hər il milyonlarla qızıl manatlar yeyilirdi, neft mədəni, qaz yatağı kimi bir şey idi, ona görə Heydər Əliyev bu fabriki öz yerlisi Qurbanovun nəzarətinə verirdi.

Mal-heyvan sürüsü kimi öz doğma rayonlarından ayrı bir rayona verilən əhalidə etiraz çox zəif oldu. Bir neçə ziyalı, əsasən müəllimlər, ora-bura, Moskvaya da, yazdılar, yazanları da ora-ura çağırıb sıxma-boğmaya salandan sonra bu etirazlar da söndü…

O vaxtdan heç nə dəyişmir. İdarəçiliyinə görə Azərbaycan feodal dövlət olaraq qalır. Ermənistanda, Gürcüstanda müstəqillik alandan sonra adminisrativ  islahat keçirilib, kompakt idarəçilik yaradılıb, ölkələr bir neçə quberniyaya bölünüb. Azərbaycanda isə bürokratik aparat ildən  ilə böyüyür, ərazi işğaldan sonra xeyli azalsa da, rayonların sayı daha da artıb. Yaradılan hər yeni rayon dövlət büdcəsinə ağır yükdür: rayon rəhbərliyi, polis, məhkəmə, səhiyyə, təhsil orqanları… Hamısı korrupsiya mənbəyi, quldurxana…

İndi İnternetin geniş yayıldığı, sənəd dövriyyəsinin rəqəmləşdirildiyi vaxtda yeni ərazi idarələri yaratmağa ehtiyac yoxdur. Məsələn, Salyandan nisbətən uzaqda olan Bankə sakininin arayış üçün əvvəlki kimi Salyana gəlməyinə nə ehtiyac? Bu arayşı elektrn şəkildə də ala bilər. Belə isə, müstəqil Neftçala rayonuna ehtiyac varmı? Neftçala rayonu əhali üçündür ya Vəliyev, Qurbanov kimi korrupsionerlər üçün?

İlham Əliyev günlərin bir günündə Azərbaycanın xəritəsini qabağına qoya və görə ki, Şorkənd, Şirvan Qaraqaşlı, Cəngən kəndləri hardadır, Neftçala hardadır. Və atasının bu kəndlərin əhalisinə etdiyi və bu günə qədər davam edən zülmə bəlkə son qoya. Və yaxşı olar ki, Gürcüstanın, Ermənistanın ərazi-inzibati xəritəsinə də baxa. Bəlkə əhalisi iki milyondan bir az çox olan Ermənistanı niyə bizə qan uddura bildiyini başa düşə….

07.03. 2020, Samara