Daily Archives: 06.03.2020

NEFTÇALADA BAŞÇILARI YOX, ƏHALİNİ DƏYİŞMƏK LAZIMDIR…

Стандартный

1

 

Neftçaladakı həbslərlə bağlı rəsmi çıxışlarda ən vacib bir məsələyə toxunulmur: Vəliyev və onun ətrafə hampazorluq edəndə polis, məhkəmə, təhlükəsizlik orqanı hardaydı? Ulham Əliyev öz xalqını nahaq yerə çox avam sayır: hamı bilir ki, yerlərdəki bütün korrupsiya tərkibli işlərdə inzibati orqanlar yaxından iştirak edirlər. Əkin, örüş torpaqlar dövriyyədən necə çıxarılır və necə mənimsənilir? Məmurlar bahalı daşınmaz əmlaka, yüksək gəlirli iaşə obyektlərinə necə sahib olurlar? Bunlar inzibati orqanların iştirakı olmadan mümkündürmü? Yox, mümkün deyil! Elə isə niyə bütün Neftçala polisi qovulmur? Niyə təhlükəsizlik orqanı işçilərinin poqonları çıxarılmır? Əgər həmin polis, həmin təhlükəsizlik əməkdaşları öz yerlərində qalacaqsa, müsbət dəyişiklik ola bilərmi? Yox, ola bilməz! Poqonlular on il Vəliyevəin ətrafında süləndikləri kimi, indi də Seyidin ıtrafında sülənəcəklər. Hərçənd təbii resurslarla zəngin Neftçalanı ömrründə bir gün də faydalı işdə çalışmayan, “trol fabrikinə” rəhbərlik etmiş, vətəndaşlara ağı qara, yalanı doğru kimi sırımış bir gəncin idarə edəcəyi böyük şübhə doğurur. Yəqin ki, Seyidin yanında onun özünü Neftçala qarışıq idarə edən qurdlar olacaq.

İlham Əliyev niyə təəccüblənir ki, Neftçalanın baş həkimi rüşvət alırmış? Bəs Bakıda almırlar? Bakı səhiyəsindəki soyğunçuluqdan xəbəri yoxdur? Əlbəttə var, çünki öz yaxın adamları bu səhiyyədə böyük vəzifələr tuturlar. Ona görə İlham Əliyevin Neftçala səhiyyəsi barədə dedikləri ancaq sadəlövh insanları təsirləndirə bilər.

Otuz yaşlı gəncin rayon başçısı təyin olunması başqa halda xoş qarşılanardı. Əgər bu gənc yüksək qərb təhsili görsəydi, yerli orqanlarda işləyib təcrübə yığsaydı. Bu insanın nə yaxşı təhsili var nə təcrübəsi. Təcrübəsi ancaq, İnternetdə yazılanlara görə, “trol” fabrilkinə rəhbərlikdir.

Mühasiblərin necə işə götürülməsi barədə köhnə lətifə var. Bir boş yerə iki namizəd gəlib. Rəis birini çağırıb deyir ki, iki dəfə iki neçə edər? Namizəd deyir “dörd”. Rəis deyir yox, sənin səvyyən bizə uyğun gəlmir. İkincisi girir rəisin yanına. Yenə rəis iki dəfə ikini soruşur İkinci namizəd deyir: “Yoldaş rəis, siz nə qədər desəniz, o qədər!” Rəis deyir səni götürürəm, səvyyən var…

Bu Seyid  və onun kimi insanların iş prinsipi cəmiyyətə xidmət deyil, rəhbərə hər gün sədaqət, loyallıq göstərməkdir. İndi Neftçalada yəqin ki, Əliyevlərin portretlərinin sayı dörd-beş dəfə artacaq…

Əgər Əliyev doğrudan da gənclərin irəli çəkilməsini istəyirdisə, yerli özünüidarəni məhv etməzdi, munisipal seçkiləri saxtalaşdırmazdı, imkan verərdi ki, xalqın içindən fərasətli, əqidəli gənclər çıxıb ölkə idarəçiliyinə qatılsınlar.

İlham Əlieyin ölədə necə islahat keçirdiyini görmək üçün Milli Akademiyaya baxmaq kifayətdir: Akademiyaya yaşı səksəni keçmiş, heç bir elm sahəsinə aidliyi olmayan Ramiz Mehdiyevi təyin etməklə prezzident bütün dünyaya göstərdi ki, Azərbaycanda elm yoxdur!

Necə ki, ordu da yoxdur. Yekəqarın, əldəqayırma generallar nə qədər desən, ordu isə yoxdur. Ordu olsaydı, ermənilər on səkkiz yaşlı kənd uşaqlarını Qazaxda dənləməzdilər…

Neftçalada başçını yox, əhalini dəyişmək lazımdır ki, məmur tapdağına dözməsin, konstitusiya hüquqlarını tələb edə bilsin və əski kimi hər gələn məmurun ayağı altına yıxılmasın…

06. 03. 2020, Samara