VƏLƏDƏZZİNA

Стандартный


“İzn verin sizin bu kresloda əyləşməyinizi xahiş edim”.

“İzn verin stulda oturum”.

İzn verin mən bunu sizə izn verməyim”.

Bu, əlbəttə, Manilovla Çiçikovun dialoqudur. Belə fövqəladə “kübar” münasibət formasını Qoqolun fantaziyası olduğunu güman edənlər də, o formanın on doqquzuncu əsrdə qaldığını düşünənlər də yanılırlar. İlham Əliyev elə dünən öz təbəələrindən izn istəyirdi ki, kresloda yox, stulda otursun…

Bəlkə də İlham Əliyev pərqu kreslolardan bezib, yanını bərk yerə basmaq istəyir, bəlkə azarı var, bəzən həkimlər bərk yerdə oturmağı məsləhət görürlər…

Ancaq deyəsən İlham Əliyev əslində iki stulda oturmaq istəyir. Həm demokrat görünmək, həm də ölkə ilə feodal kimi davranmaq. Siz demokratik stulda oturmaq istəyən insanın rayonlara təyin etdiyi başçılara baxın, idarə başçılarına baxın, generallara baxın, məhkəmələrə, akademiklərə baxın. Baxın və onun iki stulda oturmaq istədiyinə əmin olun.

Ya da bu, ayıb olmasın, «insana» baxın. Qaraçı baronu kimi sinəsini qasığına qədər orden və medallala bəzəyən bu «insanı» karyera zirvələrinə qaldıran kimdir? Elə o, stulda oturmaq istəyən adam deyilmi?

siyavusun-ordenleri

Vikipediya deyir ki, Siyavuş Novruzov 1990-93-cü illərdə Qarabağ müharibəsində fəal iştirak edib. Həmin məqalədə də göstərilir ki, Siyavuş 1990-95-ci illərdə Bakı universitetinin hüquq fakultəsində oxuyub. Bunu hansı yalandır? Müharibədə iştirakı ya hüquq fakültəsində oxumağı? Çox güman ki, hr ikisi…

Eyni məqalədə yazılıb ki, 1990-cı ildən Novruzov “Əlincə” xeyriyyə cəmiyyətinin şöbə müdiri, sonra məsul katibi işləmişdir.

Qarabağda vuruşa-vuruşa? Hüquq fakultəsində oxuya-oxuya?

On minlərlə insanın qurban getdiyi Qarabağ müharibəsini saxta bioqrafiya faktına çevirən insanın necə əqidəsiz, necə rəzil olduğunu deməyə ehtiyac yoxdur.

Xatırladıram ki, cəbhədə “qəhrəmancasına həlak olan on səkkiz-on doqquz yaşlı kənd uşaqlarına ölümündən sonra üçüncü dərəcəli dəmir medal verilir…

Beləsinə nə deyəsən?

Bastard!
Vələdəzzina…

Mirzə ƏLİL

05. 03. 2020, Samara

Обсуждение закрыто.