QARABAĞ ŞƏHİDLƏRİ: AĞDAMLI NAZİM CƏBRAYILOV

Стандартный

Nazim_Cəbrayılov_(şəhid)

Nazim Cəbrayılov (tam adı: Nazim İbrahim oğlu Cəbrayılov; d. 02.03.1949 Ağdam, Azərbaycan SSR – ö. 18.04.1994) — “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş hərbçi, şəhid.

Nazim Cəbrayılov 1949-cu il martın 2-də Ağdam şəhərində anadan olub. Ağdam şəhər 1 nömrəli orta məktəbi bitirən Nazim Cəbrayılov 1966-cı ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) daxil olub. İnstitutu bitirdikdən sonra təyinatla Türkmənistanın Aşqabad şəhərinə göndərilib. Aşqabad şəhər DİŞ-nin SƏDM bölməsində işləyib. Daha sonra Kalininqrad Milis Məktəbində oxuyan Nazim Cəbrayılov ikinci ixtisas diplomu alıb. Bir müddət işlədikdən sonra vətənə qayıdıb və 2711 nömrəli hərbi avtomobil dəstəsində hərbi mühəndis vəzifəsində çalışıb.

1988-ci ilin Ermənistanın Azərbaycan torpaqlarına hücumundan sonra baş leytenant Nazim Cəbrayılov Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi üçün hərbi xidmətə yollanıb.O, Müdafiə Nazirliyinin əmri ilə taqım komandiri təyin edilib.

1994-cü il aprelin 13-də göstərdiyi böyük hünər və şücaətdən sonra Nazim Cəbrayılov vaxtından əvvəl kapitan rütbəsinə təqdim edilib. Lakin bu rütbəni daşımaq ona nəsib olmayıb. Həmin il aprelin 18-i Nazim Cəbrayılov və onun əsgərləri döyüşdə şəhid olublar.

Şəxsi şücaət və qəhrəmanlığına görə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə Nazim İbrahim oğlu Cəbrayılov «Azərbaycan Bayrağı» ordeni ilə təltif edilib.

vikipediya

Обсуждение закрыто.