MİLLİ QƏHRƏMANLAR: ƏRƏSTUN MAHMUDOV

Стандартный

Ərəstun_Mahmudov_(milli_qəhrəman)

Ərəstun Mahmudov (tam adı: Ərəstun İspəndi oğlu Mahmudov ; d. 1957İsmayıllıAzərbaycan SSR — ö. 1992AğdamŞuşaAzərbaycan) — Azərbaycanın Milli QəhrəmanıQarabağ müharibəsi şəhidi.

23 fevral 1957-ci ildə İsmayıllı rayonunun Pirəbilqasım kəndində anadan olmuşdur. Ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür.

Ərəstun 1970-ci ildə Nizami rayonundakı 220 saylı məktəbi bitirmişdir. 1975-ci ildə Leninqrad vilayətində Mülki Aviasiya Məktəbinə daxil olmuşdur. Xaricdə bir neçə Avia məktəb bitirən Ərəstun Mİ-8 vertolyotu ilə döyüş bölgələrinə uçuşlar edərdi.

Onun cəbhəyə son uçuşu 28 yanvar 1992-ci il olur AğdamŞuşa marşrutu üzrə hərəkət edərkən Mİ-8 vertolyotu erməni quldurları tərəfindən raketlə vuruldu. Bütün heyətlə birlikdə Ərəstun Mahmudov da həlak oldu.

Ailəli idi, üç övladı var.

 

Oğlu, bort operatoru olan Elnur Mahmudovun da aqibəti eynilə atası, hava gəmisinin bort mexaniki Ərəstun Mahmudov kimi qəzada həlak olmaq olmuşdur. Belə ki, 30 yaşlı Elnur Mahmudov 6 iyul 2011-ci ildə Azərbaycan yük təyyarəsinin Əfqanıstanda qəzaya uğramısı nəticəsində həlak olmuşdurBakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Azərbaycan Respublikası prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Mahmudov Ərəstun İspəndi oğlu ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

 

Oxuduğu 220 saylı orta məktəb onun adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.

2018-ci ildə haqqında «Göylərdə döyüş» adlı sənədli film çəkilmişdir.

vikipediya

Обсуждение закрыто.