Daily Archives: 09.02.2020

BU GÜN ƏRƏBQARDAŞBƏYLİ AĞASI MÜƏLLİMLƏ VİDALAŞDI…

Стандартный

ağası 1

ağası 2

AĞASI MÜƏLLİMİN XATİRƏSİNƏ

Стандартный

Ağası müəllim

Fevralın 8-dən 9-a keçən gecə Neftçala və Salyan rayonlarında yaxşı tanınan müəllim Ağası Cabbar oğlu Ağayev vəfat edib.

Ağası Ağayev 1945-ci ildə Salyan rayonunun (1973-cü ildən Neftçala) Ərəbqardaşbəyli kəndində doğulub. Anasını və atasını erkən itirdiyindən analığı Dünya xanımın və böyük qardaşı Pilağanın himayəsində böyüyüb. Orta təhsilini Salyanın 2 saylı məktəbində bitirəndən sonra elə bu şəhərdə açılmış pedaqoji kursu bitirir və 1963-cü ildən ibtidai sinif müəllimi kimi öz kəndində işləməyə başlayıb. Elə həmin il böyük qardaşı Pilağa üç illik hərbi xidmətə çağırılıb və böyük ailəyə başçılıq gənc Ağasının öhdəsinə düşüb. Sonralar o, Azərbaycan Dövlət Peqaji İnstitutunun dil və ədəbiyyat fakültəsinin qyabi şöbəsini bitirib. Rusiyanın Kuybışev vilayətində bir illik hərbi xidmətdə olub.Yarım əsrdən çox çəkən bütün pedaqoji fəaliyyəti öz doğma kəndindəki məktəblə bağlıdır. Ərəbqardaşbəyli kəndində bir neçə məktəbli nəslinə Ağası müəllim Azərbaycan dili və ədəbiyyatından dərs deyib.

Çətin yetimlik illəri, erkən başlanan gərgin gərgin əmək fəaliyyəti Ağası müəllimin səhhətində özünü göstərib, o, uzun illər ərzində ciddi xəstəliklərdən əziyyət çəkib. Onun dönə-dönə ağır böhranlardan çıxmağında və uzun ömür yaşamağında arvadı Xuraman xanımın əvəzsiz xidməti var. Və bu gün mən də Ağası müəllimin bütün çoxsaylı şagirdləri kimi Xuraman xanıma, övladları Qönçəyə, Vüsaləyə, Nailə dərin hüznlə başsağlığı verirəm.

Allah Ağası müəllimə  rəhmət eləsin!

 

Xeyrulla.

09.02. 2020