ŞƏHİDLƏR: TEYMUR QASIMOV

Стандартный

TEYMUR QASIMOV.jpg

Teymur Sabir oğlu Qasımov (d. 4 yanvar 1992MingəçevirAzərbaycan — ö. 2 aprel 2016TərtərAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub.

Teymur Qasımov 1992-ci ilin 4 yanvar günündə Mingəçevir şəhərində anadan olub.

Gizir Teymur Qasımov 2016-cı ilin aprel ayında AzərbaycanErmənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 9-u isə Teymur Qasımov doğulduğu Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Qasımov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Реклама

Обсуждение закрыто.