Şöhrət Usub oğlu Həsənov (d. 23 dekabr 1944, Xocalı rayonu, Azərbaycan SSR, SSRİ – ö. 25 fevral 1992, Xocalı rayonu, Azərbaycan) — «İgidliyə görə» medalı ilə təltif olunmuş Qarabağ müharibəsi şəhidi.
Şöhrət Həsənov uzun müddət müxtəlif vəzifələrdə çalışıb. Xocalı soyqırımı baş verən zaman rayon icra hakimiyyəti başçısının birinci müavini olub.
O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə son nəfəsinə və son gülləsinədək vuruşdu. Avtomat silahının darağında olan 30 güllənin hamısı artıq qurtarmışdı. O, insanların sağ-salamat çayı keçməsinə kömək edib, sonra isə erməni snayperinə tuş gəlib, iki ayağından vuruldu. Onu işgəncə verərək öldürüblər. Əvvəlcə sağ qolunu və sağ qıçını kəsiblər, sonra sağ gözünü çıxarıblar və bu cür işgəncələri davam etdirərək onu qətlə yetiriblər.
Bakının Şəhidlər xiyabanında dəfn edilmişdir
Şöhrət Həsənov Mehriban Əliyeva ilə ailə həyatı qurmuş və ömrünün sonuna qədər onunla evli idi. Aygün, Almaz, Gülnarə, Ruhiyyə və Bəyaz adlı qızları və oğlu Babək yadigar qalıb. Bir neçə xarici dil bilirdi.
Jurnalizmlə məşqul olurdu. O, «Xocalının səsi» qəzetinin nəşr edilməsinə də böyük dəstək göstərirdi və hətta qəzetin adını da seçmişdi.
Vikipediya