23 NOYABR 1919 — ERMƏNİSTAN-AZƏRBAYCAN SAZİŞİ

Стандартный

Azərbaycan-Ermənistan sazişi, Azərbaycan Xalq Cümhuriyyəti ilə Ermənistan Demokratik Respublikası arasında imzalanan saziş.

Noyabrın 23-də Tiflisdə imzalanmışdır. Cənubi Qafqazda müstəqil respublikalar yarandıqdan sonra qarşıda ərazi-sərhəd məsələlərinin həll edilməsi məsələləri dururdu. Ermənistan Respublikası istər Azərbaycana, istərsə də Gürcüstana qarşı ərazi iddialarını təcavüzkarlıq və etnik təmizləmə siyasəti ilə həyata keçirməyə çalışırdı. 1919-cu ilin payızında Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları daha kəskin şəkil aldı. Azərbaycan hökumətinin dövlətin ərazi bütövlüyünü qorumaq üçün həyata keçirdiyi tədbirlər ermənilərin hərbi-diplomatik fəaliyyətini puça çıxardı.

Sazişin imzalanması

Nesib_bey_Yusifbeyli_(Mucadile._Birinci_Hisse._Istiqlalin_Beshiyi_(2006))

Nəsib bəy Yusifbəyli

ABŞ-ın və İngiltərənin Qafqazdakı nümayəndələri bölgədə hərbi vəziyyətin kəskinləşməsinin Paris Sülh Konfransının işinə maneçilik göstərəcəyi barədə narahatlıqlarını Azərbaycan və Ermənistan hökumət başçılarına bildirdilər. ABŞ nümayəndəsi C.Rey tərəflər arasındakı mübahisəli məsələləri dinc yolla həll etmək üçün Tiflisdə konfrans keçirilməsini təklif edirdi. Noyabrın 20-22-də Tiflisdə Azərbaycan və Ermənistan hökumət başçıları Nəsib bəy Yusifbəyli və Aleksandr Xatisyanın başçılığı ilə nümayəndə heyətlərinin görüşləri keçirildi. Noyabrın 23-də isə vasitəçi-təminatçılar olan müttəfiqlərin Qafqazdakı Ali komissarının müavini C.Rey və Gürcüstan xarici işlər naziri Y.Gegeçkori iştirakı ilə tərəflər arasında saziş imzalandı. Saziş beş maddədən ibarət idi:

Ermənistan və Azərbaycan hökumətləri baş verən toqquşmaları dayandırmağı və yenidən silah gücünə əl atmamağı öhdələrinə götürürüdülər.

Tərəflər Zəngəzura gələn yolların düzəldilməsi və açılması, bu yollarda hərəkətin təhlükəsizliyi üçün təsirli tədbirlər görülməsinə razılaşırdılar.

Tərəflər sərhədlər haqqında məsələlər də daxil olmaqla, bütün məsələləri dinc yolla həll etməyi öhdələrinə götürürdülər. Dinc yolla razılıq əldə etmək münkün olmadıqda isə, hər iki tərəf Amerika polkovniki Reyi münsiflər məhkəməsi sifəti ilə bitərəf şəxs kimi qəbul edir və onun qərarlarını məcburi yerinə yetirməyə razılaşırdılar.

Noyabrın 26-da Bakıda Azərbaycan-Ermənistan konfransının keçirilməsi qərara alındı.

Saziş imzalandığı gündən qüvvəyə minirdi. Parlamentlərin təstiqindən sonra isə hüquqi qüvvəyə minirdi.

Lakin real tarixi faktlar göstərdi ki, Ermənistan bu sazişlə üzərinə düşən öhdəlikləri yerinə yetirmədi. Erməni tərəfinin günahı üzündən noyabrın 26-da keçirilməsi nəzərdə tutulan Azərbaycan-Ermənistan konfransı yalnız dekabrın 14-21-də baş tutdu. Bu konfransda da əməli qərarların qəbul edilməsi mümkün olmadı. 1920 ilin aprelində aparılan müzakirələr də müsbət nəticə vermədi.

Реклама

Обсуждение закрыто.