SOCAR, QARABAĞ VETERANLARI VƏ PORNOQRAFİYA

Стандартный

QARABAĞ VETERANI.jpg

Qarabağ veteranları ilə SOCAR işçilərinin və polislərin toqquşmasını göstərən çəkilişlər ağır təəssür yaradır.

FB-da mənimlə “dost”luqda olan bir neçə nəfərin yaydığ videoda toqquşmadan daha təsirli çəkənin söyüşləridir. Hiss olunur ki, kişi söyüş azarlısıdır, söyməkdən həzz alır, yəqin ki səhər yerindən durandan gecə yuxuya gedənəcən ağzı söyüşlə açılır və bu insan hamını söyür: məmuru, polisi, qonşunu, uşağının müəllimini, televiiya aparıcılarını, arvadının vaideynlərini və bütün yaxın qohumlarını. Və bu videonu çəkəndə ürəkdən söyüb, çünki bilib ki, bu pornoqrafiyanı İnternetdə arvadlar və azyaşlı qızlar da görəcək və eşidəcək.

Qarabağ veteranlarının SOCAR-la və polislə toqquşması neft şirkətinin qanunsuz saydığı evlərə görə baş verib. Yəni Qarabağ evləri öz evlərini qoruyurlar.

Bəs hanı onların arvadları, uşaqları? Yəqin cavanlarının valideynləri var, hanı onlar? Niyə şirkət adamlarının, polisin qabağına mütəşəkkil, həm də sivil şəkildə, ailəliklə çıxmırlar?

Bu sualın qabağında videonu çəkən cənab deyər ki, polisin qabağına arvadların çıxmağı bizim qeyrətimizə sığışmaz.

Bəs o söyüşləri video ilə yazıb milyonların, o cümlədən azyaşlı qız uşaqlarının istifadəsinə vermək sizin qeyrətinizə necə sığır?

Qarabağ əlilinin evi olmalıdır. Bu, şübhəsizdir. Yəqin ki, cəbhədə ciddi xəsarət alanların mənzil təminatı qanunvericilikdə nəzərdə tutulmalıdır ki, belə acınacaqlı, dövlətə, onun rəhbərinə başıucalıq gətirməyən səhnələr yaranmasın.

Bir şey var:  qanunsuz tikinti aparmağa gərək heç kim tərəfindən yol verilməyə. Yəni bu məsələdə prezidentin də, Allahşükür Paşazadənin də, Ramiz Mehdiyevin də, Qarabağ veteranlarının da başqalarından üstünlüyü olmamalıdır.

Və “qazi” haqqında. Azərbaycan dilinin  fonetikasına yad olan bu ərəb sözünü osmanlıların güngörməzlərini öpməyə hazır həmvətənlərim dilimizə soxublar. İndi “qazi” sözünün türk dilindəki mənalarına baxın:

gazi — is., din b., Ar. ġāzī 1) Müslümanlıkta düşmanla

 savaşan veya savaş yapmış kimse Gazi Baba, 

etrafında binlerce gazi ile bir tepede yatardı.

2) Olağanüstü yararlıklar göstererek düşmanı yenen

 komutanlara devlet tarafından verilen onur.

Yəni ki, ilk mənasına görə bu ərəb sözü qəzavət iştirakçısına aiddir.  Yəni ki, bu “qazi”ni türk sözü sayanlar cahil və heyvandırlar. İzahdakı son sözə baxın: “onur”. Bunu da bəlkə türk söz sayan olar. Xeyr, bu, fransız sözüdür (l’honneur).  Türklərin öz dillərinə saldığı yüzlərlə, minlərlə fransız mənşəli başqa söz kimi. Bizdə isə ərəbi söyənlər, az qala “kitab”, “elm” kimi sözlərdən imtina etməyə hazır olanlar “qazi” ərəb sözünü türk sözü kimi əzizləyib Qrabağ veteranlarının ora-burasına yapışdırırlar…

Üzeyir Hacıbyəyov hələ 20-ci əsrin əvvəllərində osmanlıpərəstləri elə mələdib ki, dəymişləri qalıb, kallarını töküblər.

“Qazi” sözünü də Üzeyir bəy əbədiləşdirib: “Gedin, gedin qaziyə deyin, qoy kəbini kəssin…”

X.X.

01. 10. 2019, Samara

Реклама

Обсуждение закрыто.