NURƏDDİN XOCA! MƏN SİZİ ŞƏHİD ŞAİQ BƏŞİROVUN ÖLÜMÜNDƏ MÜQƏSSİR BİLİRƏM!

Стандартный

 

Nurəddin_Xoca.jpg

Bir həftə bundan qabağacan adını eşitmədiyim v, təbii ki, heç yerdə çəkmədiyim və yazmadığım Nurəddin İsmayılov (Xoca) məni öz saytında çox güman ki, Frenk Elkaponinin sifarişi ilə  “başı xarab” və “şərəfsiz” adlandırıb. Üstəlik sonra mənə yazır ki, “sən Ərəseyə qaçanda mən vuruşurdum”.

Onu deyim ki, mən Rusiyaya 1981-ci ildə gəlmişəm. O vaxtlar Azərbaycan teleiziyası ilə həftədə iki dəfə erməni verilişi gedirdi və Heydər Əliyevin sevimli müğənnisi Nairi Allahverdiyanın konserti olurdu. Yəni həyat gözəl idi. Nə qaçmaq? Süleyman Rüstəm cənnət görmək istəyənləri Azərbaycana çağırırdı…

İndi Nurəddin İsmayılovun qürrələndiy “meydan inqilabı” və müharibə haqqında mülahizələrim.

Məndə çoxdandır ki, “Meydan hərəkatı”na xeyli sual yaranıb. Yüz minlərlə adamın bir neçə il ərzində Meydana yığılıb durmağına ehtiyac vardımı? Bir göz qırpımında vətənpərvərə, millətçiyə dönmüş dünənki lotu-potuya etibar eləmək olardını? Sabir Rüstəmxanlıya etibar etmək olardımı? Vətənpərvər olsa da, ipinin üstünə odun yığmalı olmayan Xəlil Rzaya necə? Uzun illər araq xəstəsi olmuş ortabab dilçi və ondan da aşağı ədəbiyyatçı  Aydın Məmmədova necə? Bəs arxaik üslublu, arxaik düşüncəli Əbülfəz Əliyevə (Elçibəy)? Hələ mən Nemət Pənahov kimi tamamilə odioz şəxsiyyətləri demirəm.

Bu Meydana necə müsbət hadisə kimi baxmaq olar ki, bir neçə ilin duruşundan, yürüşündən, qırılışından sonra Rəhim Qazyev kimi cüvəllağılar,  İsgəndər Həmidov kimi başıpozuq və oğru milisioner yüksək və ən məsul vəzifələri alırlar? Bəs Hafiz Hacıyev? Necə olur ki, sifətində damğa yeri qalmayan bu üzdəniraq şəxsiyyət balıq naziri olur?

Bunlar heç. Necə olur ki, 20 yanvarda Meydan rəhbərlərindən heç birinin burnu da qanamır? Onların hamısı sadə qəlbli insanları tankların qabağına göndərib özləri arvadlarının qucağına girib yatmışdılar. Niyə və kimlər o insanları labüd ölümə göndərmişdilər? Onlar cinayət məsuliyyəti daşımırmı? Onlar ölənlərin ailələrinə kompensasiya ödəməlidirlərmi?

O ki qaldı müharibəyə, o, bizə qələbə və şərəf gətirmədi. Əlbəttə, qeyrətlə vuruşmuş, həyatlarını ya da sağlamlıqlarını vermiş bütün insanları xatirəsi qarşısında baş əyirəm və bu xatirənin saxlanması üçün səylər də edirəm. Ancaq bu müharibə qaçılmaz idimi?

Ermənilər Qarabağda Azərbaycandan ayrıldaqlarını 1988-ci ilin əvvəlində elan ediblər. Bizim üçün ən rasional qərar sitüasiyanın elə o şəkildə dondurlulmağı olardı. Qoy ayrı yaşasınlar. Ermənistanla yol da açsınlar. Biz də ətrafı möhkəmləndiririk. Belə yüz il və daha çox yaşamaq olardı. Bəlkə bizdə yüksək inkişaf, o cümlədən demokratik dəyşikliklər olsaydı, Qarabağ erməniləri qərarlarını dəyişərdilər. Ancaq Şuşa dağlarına “qrad”lar qoyub Stepanakerti atəşə tutmaq gec-tez faciə ilə nəticələnəkdi. Nəticələndi də. Onu deyim ki, “qrad”larla vurulan Stepanakertdən əhali qaçmadı, vurulmayan Şuşadan isə əhali qaçıb getmişdi…

Orda Rəhim Qazıyev hələ özünə qarşı sui-qəsd hoqqası da düzəltmişdi, altı əsgər ölmüşdü, özü sağ qalmışdı. O adamın yeri ömürlük türmədir…

Yəni “bəylər” bu müharibənin nəticələrini görməliydilər, ancaq nəinki görmürdülər, üstəlik Rusiyaya, İrana xox gəlirdilər.

İran kimi qüdrətli dövlətlə sərhədi söküb yıxan insanlarda ağıl var? Məsuliyyət hissi var?

İndi konkret Nurəddin İsmayılovun şücaətləri barədə. Bu barədə məlumatım yoxdur. Onu bilirəm ki, İsgəndər Həmidov və Nurəddin kimi adamlar küçələrdən, yollarda tutulan və təlim görməmiş kənd uşaqlarını cəbhəyə basırdılar və iki gündən sonra ölüm xəbərləri gəlirdi.

Bu gün şəhid Şaiq Bəşirovun doğum günüdür. 26 sentyabr 1974-cü ildə anadan olub, 18 yaşı tamam olan gün tutub aparıblar cəbhəyə. Apreldə vurulıub.

18 yaşında!

Hardaydı o meydana yığılan yüz minlərlə kişi ki, 18 yaşlı uşağı güllə qabağına verirdiniz? Çoxu da Sovet Ordusunda xidmət eləmişdi, indiyəcən sovet formasında şəkillərini İntetnetə qoyurlar. Hardaydılar? Meydana yığılıb kabab yeməyə, çəpik çalmağa, heyvərə nitqlərə, heyvərə şeirlərə qulaq asıb məzələnməyə nə vardı ki?

Nurəddin İsmayılov! Şaiq Bəşirovun ölümündə siz müqəssirsiniz!

Qürrələnməyin Qürrələnməli bir şey yoxdur!

Xeyrulla Xəyal

26.09. 2019, Samara

Реклама

Обсуждение закрыто.