Daily Archives: 29.08.2019

“DƏRYADA OYNAYIR NUHUN GƏMİSİ…”

Стандартный

BƏY TƏRİFİ.jpg

Məni çoxdan tanıyanlar tez-tez deyirlər ki, Mirzə, nahaq səsinə qiymət vermədin, oxumağı atdın. Yoxsan indiyəcən xalq artisti olmuşdun, prezident təqaüdü alırdın, “Mirzə Əlil segahın” dillər əzbəri olardı…

Bura bir dəfə Mirələm Mirələmov gəlmişdi, “mən ölüm” vurub məni oxutdurdu, heyran qaldı. “Mirzə, dedi, sən bu səslə niyə toylara getmirsən? Millət yazıq olur axı!”

Dedim oğul, mən toylara bir şeyə görə getmirəm: bəy tərifindən xoşum gəlmir. Nə bilim “ay tazə bəy”, “gözəl bəy, qəşəng bəy”. Bəlkə bu qırışmal iki gündən sonra gəlinin qabırğlarını sındıracaq, ya beş aydan sonra boşayacaq. Mən bəy tərifinin əleyfinə deyiləm, ancaq gərək bəy toydan bir-iki il keçəndən sonra təriflənə, yəni gərək tərifə layiq ola.

Mirələm dedi Mirzə, mən səninlə min faiz razıyam, ancaq millət qaydanı bu cür qoyub, nə qayıraq…

Hərdən özümlə bacarmıram, açıram YouTube-u, bəy təriflərinə baxıram. Birinə bu gün baxdım. Toy necə toy idisə, arvad yox idi. Heç-heçə qurtaran kubok oyunlarında onbirmetrlik vurulanda çiyin-çiyinə duran futbolçular kimi bəylə onun başına yığılanlar sıraya düzülüb durmuşdular. Bəy özü oxuyan oldğuğundan, toyda iyirmi-otuz xanəndə vardı, növbə ilə bəyi tərifləyirdilər.

 

“Ürəyində nə arzun var ay tazə bəy

Belə ilahidən keçsin dövrana balam uyyamman

Bizim bu diyarımız toylar diyarıdır  eyyy amman eyy yamman eyyy…

Mən aşiqəm boyyyuna uy aman
İnşalla gələk oğlunu kiçi toyyyyyuna uyyamman

Gitara : dııyy vııyyy qıdıyyyvıdııyyy…”

 

 

“Əhsən o gözəl xaliqə ki,

İki gözəl cavanı yaradıbdır nurani

Uyyy amannn…”

 

“Tikilib toyxana bir say kimi eyyy eyyy

A bəy, məclisinə sonalar gəlir… vuy, vuy. ıyyy

Gitara: dıyyy dıyyy…uyyy vıyyy…”

 

“Ay bəy atası

Zimistanı bahar olsun

Heyy-heyy ayar –ayar ayyyyhahahahaha

Qarmon: qırrrrrr qurrr…”

 

“Gəlinin gül üzə-üzə
Qədəm qoysun evinizə huy-huy vay-vay day-day-day

Qarmon-qıırrrrrrrr…”

 

“Dələy-dələy-dələy yar aman-amannn  ha-hah-ha-ha  he-he-he…

Qarmon: qırrrrrr

Könlüm quşunu şikar eylədin…

Hü-hü-hü-hü-hü

Can səni istər hahahahahahahhehehehe

Skripka: hıyyyyyyyyyvıyyyyy…”

 

“Hər bağın hər bağçanın bir bülübülü-şeydası var hahahaha hihihihi

Skripka: dıdıydııhıydı…

Hər duyan qəlbin əzizim ihiiiihiih uhuhuh

Skripka : vıyıvıydıyyy…

Yar haayahayhayhahay…”

 

“Biri gül qönçəsidi biri bülbül …uy amman vuyyy eeeeheeehehehehiiii

Gitara: dırrrr

Ay doğsun, aydın olsun…

Gitara: dırrrrrr

Gözzəriniz aydın olsun….eyyeeyyeeyeuyyuyuy

Düşməyəsən bir böhtana tazə bəy ax vax eyeyyyaycandadibidad

Gitara: dıyyyyyy….”

Sonra gəldi “Dəryada oynayır Nuhun gəmisi…”

Daha sonra bir-bir ad çəkib başladılar pul yığmağa…

Xanəndələr bir kəlmə oxuyan kimi kişilər bir-birlərini marçamarçla öpürdülər, öpüşməkdən dodaqları elə şişmişdi ki, elə bil plastik əməliyyat elətdiriblər…

Xanəndələr o qədər inildədiyirdilər, o qədər ah-uh eləyirdilər, o qədər “aman-aman”, “yazıq oldum” deyirdilər ki, elə bil bəyi müharibəyə yola salırlar…

Hamısı da xaric oxuyurdu: konservatoriya məzunları, laureatlar, prezident təqaüdçüləri…

İnternetə baxıb gördüm ki, bəy haqqında məqalə var. Prezident təqaüdü alır. Boşanıb…

O qədər təriflərdən sonra…

Yəqin o vaxtdan bir neçə dəfə də evlənib, təriflənib.

Tazə bəy…

Yox, bu toylar mənlik deyil…

29. 08. 2019

Samara

Реклама