QARABAĞ ŞƏHİDLƏRİ: AĞDAMLI ASİF RÜSTƏMOV

Стандартный

Asif_Rüstəmov_(Şəhid)

Rüstəmov Asif Rüstəm oğlu — Qarabağ müharibəsi Şəhidi

Asif Rüstəm oğlu Rüstəmov 1956-cı ilin avqust ayının 5-də Ağdam rayonunun Keştazlı kəndində dünyaya göz açmışdır. Kənd orta məktəbini bitirdikdən sonra, Rusiya Federasiyasının Kirov vilayətinə əsgəri xidmətinə göndərilib. Hərbi xidmətini başa vurduqdan sonra, bir müddət rusiyada  qalıb. 1980-ci ilin ortalarında Ağdama qayıdıb. Burada tikinti sahasində çalışıb və pəhləvan kimi də ad-san qazanıb. Qarabağ muharibəsi başlayanda könüllü şəkildə cəbhəyə yola düşüb. Qiyaslı batalyonunda komandir müavini kimi qanlı döyüşlərdə  iştirak  edib. 1992-ci il sentyabr ayının 10-da Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub və boya-başa çatdığı Keştazlı kəndində  dəfn olunub. Üç övladı və dörd nəvəsi var.

 

Обсуждение закрыто.