Nicat Bəhruz oğlu İsgəndərov (d. 4 avqust 1989; Tərtər, Azərbaycan — ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub.
Nicat İsgəndərov 1989-cu ilin 4 avqust günündə Tərtər şəhərində anadan olub.
Gizir Nicat İsgəndərov 2016-cı ilin aprel ayında Azərbaycan—Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.
Aprelin 3-ü isə Nicat İsgəndərov doğulduğu Tərtər şəhərində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir İsgəndərov uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Для отправки комментария необходимо войти на сайт.