KRASNOYARSK, AYAZ MƏMMƏDOVA

Стандартный

ayaz_mamedov.jpg

Səhv etmirəmsə, 2014-cü ilin sonlarında ya da 2015-ci ilin əvvəlində yüksək rütməli bir məmur məni vilayət administrasiyana “dostcasına söhbətə” dəvət etdi. Kabinetinə girəndə stolunun üstündə “Ocaq” qəzetinin bir nüsxəsini gördüm. Oxu eynəyimi götürmədiyimə görə bilmədim hansı nömrədir. Məmur hal-əhval tutandan sonra mənə dedi ki, “sizdən şikayət gəlir” və qəzetin 4-cü səhifəsini göstərdi – İlham Əliyein şəkli ilə. Dedim ki, şikayəti İlham Əliyev edir? Məmur bunu eşidəndə bir az duruxdu, dedi yox, İlham Əliyev özü şikayət eləməyib, şikayəti “ictimaiyyətin nümayəndələri” ediblər. Mən də dedim ki, haçan İlham Əliyev şikayət eləsə, cavab verərəm, özü də şikayət gərəkhüquq orqanlarına oluna, icra hakimiyyətinə yox…

Qəzeti şikayətlə vilayət rəhbərliyinə çatdıranlardan biri, yeri gəlmişkən, mənim uzaq qohumum, sumqayıtlı İlhamə xanım idi. Deyirlər, indi xəstədir…Deyirlər, indi xəstədir… Məndən şikayətlə qubernator idarəsinə o qədər gedib ki, ürəyi üzülüb…

O ki qaldı mənimlə söhbət edən məmura, o, damdadır. Əlbəttə, mənə görə yox, işində xırda nöqsanlara yol verdiyinə görə…

Bu əhvalatı mənm yadıma Krasnoyarskda yaşayan Ayaz Məmmədov saldı. Bu kişi neçə gündür düşüb ortalığa ki, Xeyrulla Xəyal Azərbaycan dövlətini, prezidentini, ordusunu təhqir edir, gərək onun qabağı alına.

Ay kişi, ay Ayaz Məmmədov, İlham Əliyev sizi haçandan vəkil eləyib? Bəlkə siz Zakir Həsənovun vəkilisiniz? İlham Əliyevin məndən şikayəti var? Qoy özü desin. Zakir Həsənovun mənədə şikayəti var? Qoy mənə lap top atsın. Siz niyə özünüzü atmısnız ortalığa? İlham əliyevin əlində ordu, polis, kəşfiyyat, məhkəmələr, SOCAR, qaz, türkün sözü, ördək… Düzdür, leqal yolla o mənə heç nə eləyə bilməz, çünki mən qanun çərçivəsində qırağa çıxan heç nə eləməmişəm, eləsəm də, mənimlə Rusiya orqanları məşğul olarlar, çünki mən RF vətəndaşıyam… İstəsə, əlbəttə, İlham Əliyev mənə burda şər atdırıb tutdurar, maşınla vurdurar. Bunları eləmirsə, deməli, şikayəti yoxdur, varsa da, baş qoşmur, özünə sığışdırmır. Belədirsə, siz özünüzü niyə yırtırsınız?

Mən burda Putindən, Medvedevdən, qubernatorlardan, nazirlərdən felyetenlar yazıram. Yeltsin sağ olanda, ondan da yazırdım, o vaxtlar qəzetlər, yəni rus qəzetləri, mənə çörək pulu da verirdilər. Müxalifət, tənqid, hətta kəskin tənqid cəmiyyət həyatında sağlamlığın rəhnidir. Mənim İlham Əliyevə ehtiyacım yoxdur. Mən öz pensiyamla dolanıram. Ancaq İlham Əliyeevin mənə ehtiyacı var. Çünki o, mənim ana və ata vətənim Salyana Sədərək banditini başçı qoyanda mən yazırdım ki, belə olmaz, bu, xalqı söyməkdir… Mən yazıram ki, daxili işlər nazirinin oğlunu baş prokurorun müavini qoymaq olmaz, mən yazıram ki, ölkəyə əsil parlament lazımdır, əsil məhkəmə lazımdır… Məni çuğullayanlar gərək bunları çatdıra prezidentə. Çatdırırlarsa və prezident öz bildiyi kimi edirsə, deməli, mənim sözümün başına ip atmır. Belədirsə, ay Ayaz Məmmədov, Rusiyada yaşayan azərbaycanlı aferistlər, atançılar, arvadbazlar, tərəzi basanlar, qumarxanalardan, saunalardan əl çəkməyənlər niyə şıllaqlayırlar? Niyə siz onlara qoşulursunuz?

Şəklinizə baxdım, görürəm yeyib-içməyi sevirsiniz. Yeyin-için. İsrafçılıq eləməyin. Yoxsa özünüz bilirsiniz,  infarkt olur, insult olur… Adını çəkmək istəmədiyim fəsadlar da olur artıq çəkidəm. Özünüzü gözləyin… Prezidentin fikrini çəkməyin. Mən salyanlıyam. Yəni Bakıya sizdən yaxınam. Mənə sözü olsa, özü çatdırar…

Mirzə ƏLİL

01. 07. 2019
Samara

Обсуждение закрыто.