
İndi qalıb erməni işğalçıları ilə döyüşməkdən ötrü əldən-ayaqdan gedən, osmanlıların sözü olmasın, azeri erkekleri Rusiyadan Azərbaycana daşımaq. Bunun üçün qardaş və bacı Türkiyə öz təyyarələrini verməyə hazırdır.
Fuad Abbasov isə cəbhə xəttində döyüş şücaətləri göstərir. Qəhrəman jurnalistimizin yaxında olduğunu eşidən erməni işğalçı əsgərləri qorxudan şalvarlarını bulayır, postlarını qoyub qaçırlar.
Eşq olsun qəhrəman junalist Fuad Abbasova!
Eşq olsun Rusiyada Fuad Abbasovu dəstəkləyən azəri erkeklere!
Eşq olsun Zakir Həsənova!
Eşq olsun bomba naziri Mədət Quliyevə!
Vallah, elə bizim nazirlərimizin hamısı bomba nazirlərdir!
Xalqımız bomba xalqdır!
Eşq olsun!
Mirzə ƏLİL
27.06. 2019, Samara