QARABAĞ ŞƏHİDLƏRİ: AQİL İSMAYILOV

Стандартный

Aqil_İsmayılov_(şəhid)

Aqil Ənvər oğlu İsmayılov  16 iyun 1968-ci ildə Şəmkir rayonunun Dəllər Cırdaxan kəndində anadan olmuşdur. Kənd orta məktəbini bitirdikdən sonra texniki peşə məktəbində təhsilini davam etdirmişdir. 1986-cı ildə orduya çağrılmış, Penza vilayətində hərbi qulluqda olmuşdur. Ordudan tərxis olunduqdan sonra yenicə təşəkkül tapan Azərbaycan Milli Ordusu sıralarına yazılaraq Vətənin müdafiəsinə yollanmışdır. 1994-cü il iyulun 4-də Gədəbəy rayonunun Qalakənd kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Evli idi. Bir qızı və bir oğlu var .

Vikipediya

Обсуждение закрыто.