ŞƏHİDLƏR: RAMİN ƏHMƏDOV

Стандартный

Ramin_Əhmədov.jpg

Ramin Əhmədov (Ramin Viktor oğlu Əhmədov23 may 1981 — 4 may 2000) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid.

Ramin Əhmədov 23 may 1981-cü ildə Qasım İsmayılov (indiki Goranboy) rayonunun Faxralı kəndində anadan olmuşdur. 1 sentyabr 1987-ci ildə Faxralı kənd orta məktəbini n birinci sinfinə daxil olmuş və 1998-cü ildə orta məktəbi bitirmişdir. Atası Viktor 14 avqust 1990-cı ildə rəhmətə getmiş, anası və qardaşı ilə birgə yaşamalı olmuşlar. Ona görə orta məktəbi bitirdikdən sonra 1998-ci ilin uyun ayında Rusiyaya qazanc dalınca gedir. Orada 1 il qaldıqdan sonra hərbi xidmətə getmək üçün Azərbaycaba qayıdır. 2 iyul 1999-cu ildə Goranboy Rayon Hərbi komisarlığindan hərbi xidmətə gedir. Beyləqan rayonunun “N” saylı hərbi hissəsində 2 ay xidmət etdikdən sonra ön xəttə gedərək Haramı düzü deyilən yerdə hərbi xidmətini davam etdirir. 4 may 2000-ci ildə hərbi borcunu yerinə yetirən Ramin, əsgər yoldaşları ilə birlikdə mina partlayışı zamanı şəhid olmuşdur. 5 may 2000-ci ildə doğulduğu Fəxralı kəndində dəfn olunmuşdur. 24 sentyabr 2013-cü ildə Şəhid statusu almışdır.

VİKİPEDİYA

Реклама

Обсуждение закрыто.