ŞƏHİDLƏR: NATİQ NOVRUZOV

Стандартный

Natiq_Novruzov.jpg

Natiq Novruzov — şəhid, «Azərbaycan Bayrağı ordeni» ilə təltif olunmuşdur.

Natiq Novruzov 1973-cü ilin may ayının 22-də Gürcüstanda anadan olmuşdur. 1981-ci ildə Nərimanov rayonunun 258 nömrəli məktəbinin 1-ci sinifinə daxil olub. Orta məktəbi bitirdikdən sonra “Rabitə “ texnikumuna daxil olub və 1992-ci ildə bitirdikdən sonra hərbi xidmətə çağırıldı. İki illik hərbi xidmətini bitirməsinə baxmayaraq, qardaşı Novruzov Azər ilə birlikdə 1993-cü ildə Kəlbəcər rayonuna könüllü olaraq hərbi xidmətə yola düşdülər. 

Natiq 1994-cü ildə Kəlbəcər rayonunun Yanşaq kəndində gedən döyüşlərdə qəhrəmancasına döyüşmüş və yanvarın 1-də şəhid olmuşdur. Bu zaman qardaşı Azər məzuniyyətdə olub, öz qardaşının ölümündən xəbərsiz olmuşdur. Məzuniyyətdən qayıdandan sonra xəbər tutub ki, qardaşı şəhid olub və bütün meyidlər mühasirədə qalıb Yanvarın 16-da meyidləri erməni mühasirəsindən çıxararkən Azər də şəhid olub. Yanvarın 22-də onlar Bakı şəhərində II Fəxri Xiyabanda dəfn olunmuşlar. 

Qardaşı Azər Novruzov 1975-ci ildə yanvarın 26-sı Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildə Nərimanov rayonu 36 nömrəli tam orta məktəbə daxil olmuşdur. 1989-cu ildə o, məktəbi bitirmiş, Texniki Peşə məktəbinə daxil olmuşdur. O da qardaşı ilə birlikdə 1993-cü ildə hərbi xidmətə getmişdir. 

1994-cü ildə Nərimanov rayonu 36 nömrəli tam orta məktəbə Novruzov qardaşları adı verilmişdir, 1995-ci ildə 36 nömrəli tam orta məktəbin həyətində büstləri qoyulmuşdur.

Ölümündən sonra Heydər Əliyev Novruzov Natiq Telman oğlunu «Azərbaycan Bayrağı ordeni» ilə təltif etmişdir. 

vikipediya

 

Реклама

Обсуждение закрыто.