ŞƏHİDLƏR: ZAKİR CƏFƏROV

Стандартный

Zakir_Cəfərov.jpg

Zakir Nazim oğlu Cəfərov (d. 3 may 1996Bakı, Azərbaycan — ö. 25 fevral 2017XocavəndAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2017-ci ildə AzərbaycanErmənistan təmas xəttində ermənilərin təxribatının qarşısını alan zaman şəhid olub.

Zakir Cəfərov 1996-cı il 3 mayda Bakı şəhərində anadan olub. Zakir Cəfərov 2011-2015-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecində təhsil alıb.

Əsgər Zakir Cəfərov 2017-ci ildə, Fevral döyüşləri zamanı şəhid oldu. Fevralın 27-də onun və özündən başqa şəhid olan daha dörd nəfərin nəşi neytral ərazindən götürülü. Fevralın 28-i isə Zakir Cəfərov Bakı şəhərinin Nizami rayonunun Keşlə qəsəbəsində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Cəfərov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

VİKİPEDİYA

Реклама

Обсуждение закрыто.