Əbülfəz Nöhbala oğlu Abdulhəmidov (d. 15 aprel 1970; Xaçmaz, Azərbaycan — ö. 1992; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, I Qarabağ müharibəsinin şəhidi.
Əbülfəz Abdulhəmidov 1970-ci il 15 apreldə Xaçmaz rayonunun Tel qəsəbəsində anadan olub.
1992-ci ildə hərbi xidmətə yollanan Əbülfəz Abdulhəmidov, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri qismində I Qarabağ müharibəsinin bir sıra döyüşlərinə qatıldı. O, 1992-ci ildə şəhid oldu.
Əsgər Əbülfəz Abdulhəmidov, Xaçmaz rayonunun Tel qəsəbəsində dəfn olunub.