QARABAĞ ŞƏHİDLƏRİ: SALEH MUSAYEV

Стандартный

Saleh Musayev (azərb. Musayev Saleh Sabir oğlu‎; d. 7 aprel 1970. YevlaxAzərbaycan SSR – ö. 14 noyabr 1992. AğdərəAzərbaycan) — Qarabağ müharibəsinin iştirakçısı, şəhid.

Vatutin adına Poltava Zenit-Raket Komandirlər Məktəbinin məzunu, Qarabağ müharibəsininiştirakçısı, şəhid Saleh Musayev təlim zamanı. (PoltavaUkrayna SSR1991)

Saleh Musayev 7 aprel 1970-ci ildə Azərbaycan SSR-in Yevlax şəhərində anadan olmuşdur. 1976-cı ildə Yevlax şəhər 4 nömrəli məktəbə daxil olmuş, 1985-ci ildə bitirmişdir. 1985-ci ildə Bakıda yerləşən fizikariyaziyyat təmayüllü liseyə daxil olmuşdur. 1987-ci ildə həmin məktəbi bitirmişdir. 1987-ci ildə Ukrayna SSR-in Poltava şəhərində yerəşən general N.F.Vatutin adına Zenit-Raket Komandirlər məktəbinin Quru qoşunlarının havadan taktiki müdafiəsi ixtisasına qəbul olmuş, 1991-ci ildə radio mühəndisi ixtisası ilə leytenant rütbəsində məktəbi bitirmişdir. Elə həmin il 23 iyun tarixində SSRİ Müdafiə Nazirliyinin 0641 nömrəli əmri ilə Poltavada 35705 saylı hərbi hissədə tağım komandiri vəzifəsinə təyin edilmişdir.

26 fevral1992-ci il Xocalı soyqırımıdan sonra Saleh Musayev Azərbaycana gəlmək qərarı alır. Təyinatını Gəncə şəhərində yerləşən 732 saylı hərbi hissəyə alır və baş leytenant rütbəsində batalyon komandiri olaraq ön cəbhədə döyüşlərə yollanır. İlk döyüşlərini Goranboy cəbhəsindən başlayan Saleh AğcakəndBaşkənd və bir sıra məntəqələrinon azad edilməsində fəal iştirak edir. Daha sonra Ağdam rayonunun Sırxavənd kəndinin azad edilməsində aktiv rol oynayır.

Azərbaycan Ordusunun 1992-ci iliyin iyununda başladığı əks-hücumunda Saleh və batalyonu da aktiv iştirak edir. MarquşavanHəsənqaya, Gödəkburunun azad edilməsində müstəsna xidmətləri olur. 1992-ci il 14 noyabr tarixində Ağdərənin Çıldıran kəndi uğrunda gedən qeyri-bərabər döyüşdə Saleh son anadək döyüşü idarə edir. Döyüş zamanı atışma mövqeyini dəyişərkən minaya düşür.

Yoldaşları cəsədini çətinliklə də olsa qarlı döyüş meydanından çıxara bilirlər. Kəskin qan itirmədən vəfat edir. Doğulduğu Yevlax şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Yevlaxda yaşadığı küçə də hal-hazırda onun adını daşıyır. Gəncə şəhər Kəpəz Hərbi Komissarlığının şəhidlər lövhəsində də şəkli var. Şəhid olan zaman Tərtər şəhər 703 saylı hərbi hissənin zabiti idi. 1991-ci ildə ailə qurmuşdu, bir oğlu var idi.

vikipediya

Реклама

Обсуждение закрыто.