Mahir Mirzəyev 1994-cü il 17 fevral tarixində Bakı şəhərində anadan olub. Orta təhsilini 2000—2005-ci illərdə Abşeron rayonu Fatmayı kənd orta məktəbində, 2005—2011-ci illərdə isə Bakı şəhəri N.Nərimanov rayonu şəhid Novruzov qardaşları adına 36 saylı orta məktəbdə alıb. 2011-ci ildə orta məktəbi əla qiymətlərlə bitirib, yüksək ballaAzərbaycan Dövlət İqtisad Universitetinin ümumi iqtisadiyyat fakültəsinə daxil olub. 2015-ci ildə ali təhsilini bitirib yüksək balla Qafqaz Universitetinin menecment fakültəsinin magistr pilləsinə qəbul olmuşdur.
2007-ci ildə Azərbaycan respublikası Ciu-citsu Milli Federasiyasının üzvü olmuş və imtahanda bacarıq göstərərək 7 Sichi-Kyu-ya layiq görülmüşdür. 2013-cü ildə ”ASAN” xidmətdə, 2014-cü ildə Amrahbank Akademiyasında, sentyabr-dekabr 2014-cü ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, 12-28 iyun 2015-ci ildə “Avropa Oyunları”nda könüllülər kimi fəaliyyət göstərmişdir. Bütün bu fəaliyyətlərindən diplom, sertifikat və fəxri fərmanlar almışdı. Türk, ingilis, rus, ərəb dillərini bilirdi.
6 iyul 2015-ci ildə Bakı şəhəri N.Nərimanov rayonu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən hərbi xidmətə Gəncəyə göndərilmiş və 3 ay sonra Tərtər rayonunda hərbi xidmətini davam etdirmişdir. Mirzəyev Mahir Sabir oğlu 2 aprel 2016-cı ildə Aprel döyüşləri zamanı Seysulan, Qapanlı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olmuşdur
8 aprel 2016-cı ildə Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsi ilə əldə olunan razılığa əsasən öndə, neytral zonada qalan şəhidlərimizin nəşi götürülərək ailələrinə verilib. 9 aprel 2016-cı ildə Mirzəyev Mahir Sabir oğlunun cənazəsi Bakı, Binəqədi rayonu Biləcəri qəsəbəsindən böyük izdihamla yola salınıb.
VİKİPEDİYA
Для отправки комментария необходимо войти на сайт.