Rizvan İdris oğlu Məmmədov 1966-cı il 10 yanvarda Şəmkir rayonunun Dəllər Cırdaxan kəndində anadan olmuşdur. 1984-cü ildə hərbi xidmətə çağırılmış, Xarkov şəhərində hərbi məktəbə təyinat almışdır. Məktəbi leytenant rütbəsi ilə bitirdikdən sonra bir müddət Dnepropetrovsk şəhərində hərbi hissədə xidmət etmişdir. Azərbaycan Milli Ordusunun yaranması ilə əlaqədar Vətənə qayıtmış, Dəllər batalyonunda döyüşmüşdür. Hərbi bilik və bacarığına, Başkənd uğrunda gedən döyüşlərdə fərqləndiyinə görə kapitan rütbəsinə layiq görülmüşdür. 1992-ci il 15 avqustda Gədəbəyin Şınıx bölgəsində gedən şiddətli döyüşdə qəhrəmancasına həlak olmuşdur.
Для отправки комментария необходимо войти на сайт.