ŞƏHİDLƏR: MİNGƏÇEVİRLİ TEYMUR QASIMOV

Стандартный

Teymur_Qasımov.jpg

Teymur Sabir oğlu Qasımov (d. 4 yanvar 1992; Mingəçevir, Azərbaycan — ö. 2 aprel 2016; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub.

Teymur Qasımov 1992-ci ilin 4 yanvar günündə Mingəçevir şəhərində anadan olub.

Gizir Teymur Qasımov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 9-u isə Teymur Qasımov doğulduğu Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Qasımov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

vikipediya

Реклама

Обсуждение закрыто.