Könlüm vurulub bir güli-reyhana Lerikdə,
Bülbül kimi gəldim yenə əfqanə Lerikdə.
Yarım dağıdır zülfünü rüxsarinə hərdən,
Eylər məni məcnun kimi divanə Lerikdə.
Bülbül oxuyur, gül açəlır badə əlində,
Naz ilə gəlir məclisi-cananə Lerikdə.
Dağlar, təpələr aşiqi heyrətdə qoyurlar,
Cəh-cəh səsi düşmüş yenə hər yanə Lerikdə.
Gəldikdə bahar fəsli çiçəklər açılırlar,
Bülbül oxuyur aşiqi-məstanə Lerikdə.
Bülbül oxuyur, bir mən olam, bir də nigarım,
Tən etsə də, neylər mənə biganə Lerikdə?
Vahid, o gün olsun bizə də qismət olaydı,
Ağuşa çəkəm yarımı mərdanə Lerikdə.
Для отправки комментария необходимо войти на сайт.