ŞƏHİDLƏR: NURƏDDİN ETİMAD OĞLU MİRZƏYEV

Стандартный

NURƏDDİN MİRZƏYEV.jpg

Nurəddin Etimad oğlu Mirzəyev (d. 20 dekabr 1996; Yardımlı, Azərbaycan — ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub.

Nurəddin Mirzəyev 1996-ci ilin 20 dekabr günündə Yardımlı rayonunun Honuba kəndində anadan olub.. 2003 – cü ilin 1 sentyabrında Ənvər Mirzəyev adına Hunoba kənd orta məktəbinin I sinifinə daxil olub. Məktəbdə çalışqan və intizamlı şagird olan Nurəddinin Coğrafiyaya xüsusi marağı var idi, gələcəkdə coğrafiyaşünas olmaq istəyirdi. 2014 – cü ildə Hunoba kənd tam orta məktəbini bitirir və bir müddət təsərrüfatda çalışır. 2015 – ci ilin yanvar ayının 14 – də hərbi xidmətə çağrılan Nurəddin könüllü olaraq snayperçi olmağı seçir. Milli Ordu sıralarında ön cəbhədə — Füzuli istiqamətində N saylı hərbi hissədə xidmətə başlayır. 2016 — cı ilin aprel ayının 2 — dən 3 — nə keçən gecə cəbhənin Fizuli istiqamətində düşmən təxribatının qarşısını alarkan gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olur.

Vikipediya

Реклама

Обсуждение закрыто.