ŞƏHİDLƏR: FİRUDİN MEHDİYEV

Стандартный

Firudin_Mehdiyev_(şəhid)

Firudin Mehdiyev (azərb. Mehdiyev Firudin Sovet oğlu) — Qarabağ müharibəsi iştirakçısı və şəhidi.

Firudin Mehdiyev 1967-ci ilin 21 noyabr tarixində Bakı şəhərində, müəllim ailəsində anadan olmuşdur. 19741984-cü illərdə Nəsimi rayon 42 saylı orta məktəbdə təhsil almışdır. 1984-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun sənaye, mülki tikinti fakültəsinə daxil olmuşdur. 1992-ci ilin fevral ayında könüllü olaraq Milli Ordununsıralarına daxil olmuşdur. O, Füzuli rayonunda yerləşən Xocavənd rayon Tuğ kənd ərazi batalyonunun kəşfiyyat qrupunda vuruşurdu. ÇimənCəmilli, Hoğa, Veysəlli, Gövşadlı, xüsusilə Qırmızı Bazar ətrafında gedən döyüşlərdə fərqlənmişdir.

1992-ci ilin 26 iyun tarixində Xocavənd rayonunun Tuğ kəndinin girəcəyində erməni hərbi hissələri batalyonu mühasirəyə almışdılar. Batalyon komandiri, Azərbaycanın Milli Qəhrəmanı Rasim İbrahimov ağır yaralandığına görə döyüş meydanında köməksiz qalmışdı. Firudin Mehdiyev komandir Rasim İbrahimovun köməksiz olduğunu bildikdə, özü ilə bir qrup döyüşcü götürüb düşmən mühasirəsini yararaq, komandirə kömək göstərməyə cəhd etmişdir.

Komandir pərakəndə düşmüş hissənin mühasirədən çıxarılmasını və komandirliyi Firudinə tapşırmışdır. Firudin, 5 nəfər döyüşçü ilə birgə düşmənin atəşini üzərlərinə götürərək 600-800 əsgər və zabitin mühasirədən çıxmasına şərait yaratmışdır. 6 saatlıq döyüş zamanı Firudin Mehdiyev xeyli sayda erməni əsgərini, piyadaların 2 döyüş maşınını və 3 snayperini zərərsizləşdirmiş, özü isə qəhrəmancasına həlak olmuşdur.

vikipediya

Обсуждение закрыто.