Daily Archives: 14.10.2018

ŞƏHİDLƏR: RƏŞAD CƏFƏRZADƏ

Стандартный

Rəşad_Cəfərzadə.jpg

Rəşad Əlyar oğlu Cəfərzadə (d. 14 oktyabr 1994BakıAzərbaycan — ö. 16 dekabr 2015Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 

 Əslən Ağdam rayonundan olan Rəşad Cəfərzadə 14 oktyabr 1994-cü ildə Bakı şəhərində anadan olub. Hələ uşaq yaşlarında, anasını və atasını itirən Rəşad Cəfərzadəyə, onun dayısı və xalası baxırdı.

Əsgər Rəşad Cəfərzadə 2015-ci ildə, dekabrın 16-da axşam saatlarında AzərbaycanErmənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Dekabrın 17-si isə Rəşad Cəfərzadə doğulduğu Bakı şəhərinin Binəqədi rayonunda son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Cəfərzadə uğrunda şəhid olduğu torpağa tapşırıldı.

vikipediya

 

Реклама