Vüsal İlham oğlu Alıyev (d. 4 oktyabr 1996; Şəmkir, Azərbaycan — ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub.
Vüsal Alıyev 1996-cı ilin 4 oktyabr günündə Şəmkir rayonunun Kür kəndində anadan olub. Vüsal Alıyev hərbi xidmətə öz əkiz qardaşı Vüqar Alıyev ilə birgə yollanmışdı.
Əsgər Vüsal Alıyev 2016-cı ilin aprel ayında Azərbaycan—Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.
Aprelin 9-u isə Vüsal Alıyev doğulduğu Şəmkir rayonunun Kür kəndində son mənzilə yola salındı.
Для отправки комментария необходимо войти на сайт.