ŞƏHİDLƏR: KƏLBƏCƏRLİ RƏŞİD HÜSEYNOV

Стандартный

Rəşid_Hüseynov KƏLBƏCƏR

Hüseynov Rəşid Hüseyn оğlu 3 oktyabr 1963-cü ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Mollabayramlı kəndində anadan olmuşdur. Həmin kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1970-ci ildə kənddə 1-ci sinifə getmişdir. 1975-ci ildə ailələri Xocalıya köçüblər və Rəşid də orta məktəbi Xocalıda bitirib. Sovet ordusunda xidmət edib. 1984-85-ci illərdə Xocalıda Milis bölməsində ictimai asayişin keşikçisi işləmişdir. Xocalı mühasirədə olduğundan Rəşid öz ailəsini 19 noyabr 1991-ci ildə Xocalıdan köçürmüşdür. Məlum 26 fevral 1992-ci ildə Xocalı soyqırımı zamanı şəhid olmuşdur.

Rəşidin, atasının və anasının meyidləri 2 mart 1992-ci ildə Ağdamdan gətirilərək Bərdə rayоnunun Yeni Daşkənd kəndində dəfn оlunmuşdurlar.

VİKİPEDİYA

Реклама

About Xeyrulla Xəyal

Xeyrulla Xəyal (Süleymanov Xeyrulla Cahangir oğlu) 18 noyabr 1953-cü ildə Azərbaycanda, Salyan rayonunun Ərəbqardaşbəyli kəndində anadan olub. 1972-ci ildə Əlibayramlı pedaqoji məktəbini, 1980-ci ildə Azərbaycan Dövlət Universitetini, 1984-cü ildə M. Qorki adına Ədəbiyyat institututunun aspiranturasını bitirmişdir. 1985-ci ildən Samarada yaşayır.

Обсуждение закрыто.