ŞƏHİDLƏR: FƏQAN XUDAVERDİYEV

Стандартный

Fəqan_Xudaverdiyev.jpeg

Fəqan Baxış oğlu Xudaverdiyev (d. 7 avqust 1975, QaravəlliAğcabədi rayonuAzərbaycan SSR — v. 22 avqust 2008, Tərtər rayonuAzərbaycan) — Azərbaycan Quru Qoşunlarının mayoru. 22 avqust 2008-ci ildə Tərtər rayonunda şəhid olub.

Fəqan Xudaverdiyev 1975-ci ilin 7 avqustunda Ağcabədi rayonunun Qaravəlli kəndində anadan olub. 1983-1993-cü illərdə anadan olduğu kənddə orta təhsil alıb. Orta məktəbi bitirən kimi Bakı Ali Hərbi Birləşmiş Komandanlıq Məktəbinin «Taktiki Motatıcı Qoşunların Komandiri-Zirehli Tank və Avtomobil Texnikasının İstismarı Üzrə Muhəndis» fakültəsinə (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) daxil olan Fəqan Xudaverdiyev burada dörd il təhsil alıb və məzun olduğu 1997-ci ildə hərbi xidmətə başlayıb.

Fəqan Xudaverdiyev 2000-ci ildə ailə həyatı qurub; Adəm (24.04.2001), Gültəkin (27.10.2002), Elton (2.07.2005) və Elcan (25.04.2007) adlarında dörd övladı yadigar qalıb.

Обсуждение закрыто.