EMİL RASİMOĞLU: «ƏN GÖZƏL VƏTƏN PƏNCƏRƏLƏRİN ARXASIDI…»

Стандартный

em

Bir güzgü yanır üzü balıqlara sarı…

dənizdə boğulan kim varsa əl uzadır səhra rəsmlərinə.
Göz dəyir pianinodakı barmaqlara azan səsində…
Hamı bu şəhərdə saçları ağarmış heykəl ömrüdü,
yarıyuxulu siqaret qucağıdı…

Baxdım quşların qanadına
Bütün müharibələrdə göy üzü sağ qalıb.
…axı günəş üçün nə fərqi hansı fəsildi
Hansı ağaclara vurulur hansı yuvalar,
hansı yağışlar qarıyır hansı küçələrdə,
hansı günahlar böyüyür maestronun qollarında…

Uzaqda bir kişi tabutundan hər gün özünə yüyürməkdisə qadın,
həm də
hər gün özünü doğmaqdı edam səhnələrində.
Hər adamın alnından bir divar uçar unutduğu birisinin ömrünə…
…Sevgi- payızın ayaqlarını qucaqlayan yarpaqlarmış, dostum !
Ört qapını, gözləri böyüyür şəkillərin
Boş otaqlar qadın məzarıdısa
ən gözəl Vətən pəncərələrin arxasıdı

About Xeyrulla Xəyal

Xeyrulla Xəyal (Süleymanov Xeyrulla Cahangir oğlu) 18 noyabr 1953-cü ildə Azərbaycanda, Salyan rayonunun Ərəbqardaşbəyli kəndində anadan olub. 1972-ci ildə Əlibayramlı pedaqoji məktəbini, 1980-ci ildə Azərbaycan Dövlət Universitetini, 1984-cü ildə M. Qorki adına Ədəbiyyat institututunun aspiranturasını bitirmişdir. 1985-ci ildən Samarada yaşayır.

Обсуждение закрыто.