ŞƏHİDLƏR: FAZİL İBRAHİMOV

Стандартный

Fazil_İbrahimov.png
İbrahimov Fazil Müzəffər oğlu 30 iyun 1969-cu ildə Sumqayıt şəhərində anadan olmuşdur. Atası İbrahimov Müzəffər Sarı oğlu Sadınlar kəndindən ailəsi ilə birlikdə Sumqayıt şəhərinə gəlmiş, müxtəlif zavodlarda işləmişdir. Fazil də bu şəhərdə böyümüş, uşaqlıq illərini burada keçirmişdi, məktəbə ilk addımlarını burada atmışdı.

Sumqayıtdakı 21 nömrəli orta məktəbi bitirdikdən sonra 1984-cü ildə Sumqayıt politexnik texnikumuna daxil olaraq oranın inşaat fakültəsini bitirmişdi. Sonra Almaniyadahərbi xidmətdə olmuş, 1990-cı ildə ordudan tərxis olunub Sumqayıta qayıtmışdı.

“Rahibə” kiçik müəssisəsində ixtisası üzrə işləmişdir. Qarabağ müharibəsinin başlamasından sonra 1992-ci ildə könüllü olaraq cəbhə bölgəsinə yollanmışdır. Çox keçmir ki, onun sorağı Laçının Güləbird, Fingə və digər kəndlərindən gəlir. Qorxubilməz igid əsgər yaralı dostunu döyüş meydanından çıxararkən düşmən snayperinin gülləsinə tuş gəlir. Subay idi. Məzarı Sumqayıt Şəhidlər Xiyabanındadır.

Обсуждение закрыто.