Daily Archives: 27.05.2018

ŞƏHİDLƏR: NAMİQ ABBASOV

Стандартный

Namiq Bəyəhməd Abbasov (d. 27 may 1975; Xaçmaz, Azərbaycan — ö. 1992; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, I Qarabağ müharibəsinin şəhidi.

Namiq Abbasov 1975-ci il 27 mayda Xaçmaz rayonunun Xudat şəhərində anadan olub.

1992-ci ildə hərbi xidmətə yollanan Namiq Abbasov, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri qismində I Qarabağ müharibəsinin bir sıra döyüşlərinə qatıldı. O, 1992-ci ildə şəhid oldu.

Əsgər Namiq Abbasov, Xaçmaz rayonunun Xudat şəhərində dəfn olunub.

vikipediya

Реклама