«MEYDAN GÜNDƏLİYİ». 4 MART 1988

Стандартный

adalet_tahirzade

4 mart 1988. 

Mətbuat artıq nisbətən sakitləşib, rəsmi xəbərlər, demək olar ki, yoxdur. Ancaq bugünkü“Pravda”da tanka daş atan Fələstin uşağının taleyi təsvir olunub. Baxdım və Sumqayıtda tankaltında xıncım-xıncım olmuş texniki peşə məktəblərinin uşaqları gözlərim önünə gəldi. (Bu güneşitdim ki, tankda belə vəhşilik eləyən əsgəri sumqayıtlılar tapıb öldürüblər). Bugünün respublika miqyaslı hadisələri içərisində Azərbaycan SSR EA-da (əsas bina) MərkəziKomitə katibi R. Mehdiyevlə görüşü göstərmək olar.Geniş mə lumat toplaya bilmədiyim dünənki yığıncaqda, sən demə, elə başlıca məsələ buolub ki, MK katibi Akademiyaya gəlsin, sözümüzü deyək (Ziya Bünyadov tələb edib).İclas xəbərini eşidən kimi taksiyə oturub Nərimanov prospektinə cumdum.

 

Gecikmişdim -bütün yerlər tutulmuşdu. Söhrabla sıraların lap qurtaracağına — “çardağ”a qalxdıq. Bir azdan isənəinki pillələr, hətta aradakı boşluqlar, rəyasət hey əti üçün olan yerlər, ikinci qatdakı otura-caqsız künclər — hər yer adamla doldu. Akademiya ilə on illik tanışlı-ğımda ilk dəfə idi ki, bu zalınbu cür dolduğunu görürdüm.İçəridə ən azı min beş yüz — iki min adam vardı.Ramiz Mehdiyev, prezident Eldar Salayev, partkom Fuad Həsənov, vitse-prezidentlər CəmilQuluyev, Nəriman Quluyev, Urxan ələkbərov, akademik-katiblər Bəkir Nəbiyev, Cəlal əliyev,Aslan Aslanov, baş akademik-katib Asəf Nadirov, akademik Ziya Bünyadov, müxbir üzvlər İqrarəliyev, Qaraş Mədətov rəyasət hey ətində əyləşdilər. Yığıncaq 12.35-də başladı. Prezidentin ilk cümlələri uğultu ilə qarşılandı. O, Ramiz Mehdiyevinsuallara cavab vermək üçün gəldiyini (dünənki xahişə əməl olunduğunu) bildirdi və xahiş etdi ki,verilən suallar, edilən çıxışlar Elmlər Akademiyası əməkdaşlarının adına layiq olsun. Camaatınyenə narazılıq uğultusu ilə qarşıladığı bu sözdən sonra R.Mehdiyev sənədlər oxudu. Dedi ki,Azərbaycan KP MK Sov.İKP Siyasi Bürosunun qərarı əsasında 22 fevralda bir qərar qəbul edib.Sonra onu oxudu (mətbuatda çap olunan, ərazi dəyişikliklərinin hər iki respublikazəhmətkeşlərinin mənafeyinə zidd olduğu haqqında müddəalardır). Yeni heç nə yox idi. SonraMK-nın vəziyyəti aradan qaldırmaq üçün tədbirlər planı hazırladığını dedi. Oxumaq istəyəndəcamaat dedi ki, lazım deyil.Sonra suallar başlandı.Dilçilik İnstitutunun əməkdaşı E tibar Quluyev: Razumovskinin qəbulunda C.Quluyev,P.əzizbəyova, D.P.Quluyev, Mirzə İbrahimov, ə.S.Sumbat-zadə və başqaları olublar. Bəs o niyəZ.Bünyadovu və İ.əliyevi qəbul etməyibəCavab: Qəbul olunan yoldaşlar vaxtında müraciət ediblər. Görünür, Ziya Bünyadov və İqrarəliyev qəbul üçün müraciətə bir-iki gün gecikiblər. (Zalda uğultu). Onlar vaxtında müraciətetmək istəməyəndə onları çağırıb deməyəcəkdilər ki, gəlin görüşün. (Zalda uğultu).ədəbiyyat İnstitutunun əməkdaşı, f.e.n. Bəhlul Abdullayev: Qəbul olunan qərarlardanxəbərimiz var. Bəs bu gün Siyasi Büro nə haqda düşünür, vəziyyəti aradan qaldırmaq üçün nəedirəCavab: Hadisələr Dağlıq Qarabağda ayın 11-ində (fevralın) başlayıb. Bizim Mərkəzi Komitə isəayın 12-sindən onunla məşğuldur. Təvazökarlıq-dan uzaq olsa da deyim ki, bu günlər bizə gecə-gündüz dinclik yoxdur. (Zalda uğultu). Biz martın 27-sinə kimi (R.Mehdiyevin niyə 27-si dediyi aydın olmadı) düzgün mövqe tutmuşuq. Çalışırıq ki, Sumqayıt hadisələri təkrar olmasın. əsasməsələ həll edilib. Dağlıq Qarabağ Azərbaycanın tərkibində olub, var, olacaq. Konstitusiyamızın78-inci maddəsinə əsasən onun əraziləri respublika Ali Soveti Rəyasət Hey ətinin qərarı ilədəyişdirilə bilər. Bundan qabaq isə respublika əhalisinin rə y sorğusu (referendum)keçirilməlidir. Bizdə isə heç vaxt belə şeyə yol verilməyəcək.Professor Mirəli Seyidov: Ermənistan KP MK-nın bu yaxınlarda keçirilən plenumunda (24fevral) — onu “fəallar yığıncağı” adlandırdılar — Sov.İKP MK-nın Dağlıq Qarabağ haqqında qərarıbütünlüklə qəbul olunmayıb. Yığıncağın qətnaməsinin 3-üncü bəndində Sov.İKP SiyasiBürosundan xahiş edilir ki, partiyanın növbəti plenumunda Qarabağ məsələsi həll edilsin. Buhaqda fikrinizəCavab: Deyilənlər doğrudur. Ancaq onlar istədikləri cür qətnamə qəbul edə bilərlər. Bizibaşlıca məsələ maraqlandırır ki, o da qəti həll olunub.Gəncə Texnologiya İnstitutunun partkomu Fəzail Ağamalıyev (onun adını yaxşı eşitmədim):Aranı qızışdıran Z.Balayan, A.Ağanbeqyan və başqa erməni millətçilərinə Sov.İKP MK-nınmünasibəti necədir və onları cəzalandırmaq üçün nə kimi tədbirlər görülürəCavab: Z.Balayanla MK-da katib səviyyəsində ciddi söhbət edilib. (Zalda gülüşmə). Onlar ciddicəzalanacaqlar.Tarix İnstitutunun əməkdaşı Xəliyəddin Xəlilov: Zori Balayanın “Ocaq” əsərinə İsaQəmbərovun rə yini qəzetlər niyə dərc etmədiə (Alqışlar). Niyə Mərkəzi Komitə mətbuatınağzını qapayıbə Niyə onun qarşısına sipər çəkilibə əgər biz onlara vaxtında cavab versəydik indivəziyyət belə olardımıəXəliyəddin sualını qurtaran kimi başqa birisi R.Mehdiyevə bu məsələ ilə bağlı yazılı sual verdi.R.Mehdiyev oxudu: “Sizə elə gəlmirmi ki, gözləmə mövqeyi tutmaq mətbuatın çıxışlarınınyoxluğunda da əks olunubə Siz Mərkəzi Komitənin katibi kimi özünüzü bu işdə günahkarbilirsinizmiə”.Cavab: Mərkəzi Komitə Z.Balayana və başqalarına cavab vermək üçün, yazı yazmaq və nəşretdirmək üçün heç kəsin qarşısını kəsməyib. (Zalda uğultu. Yerdən «yalandır!» səsləri).Mətbuatda cavablar verməklə biz ehtirasları qızışdıra bilərik. (Zalda qulaqbatırıcı uğultu və səs-küy).Yerdən sual: Ermənistan və Gürcüstan SSR-də azərbaycanlılar çox yaşasa da onlara rəhbərvəzifələr verilmir. Bu haqda partiya nə düşünürəCavab: Sov.İKP Mərkəzi Komitəsinə vəziyyət aydındır və o, həmin vəziyyəti qiymətləndirəcək.Qabaqcadan heç nə demək mümkün deyil. Aydın Məmmədov: Dağlıq Qarabağ məsələsi ciddi şəkil alan gündən Ermənistanda partiya vədövlət rəhbərləri xalqla oldu, ona istiqamət verdi. Kim zəmanət verə bilər ki,bu hadisə bir dətəkrar olunmayacaqə Bəs bizim rəhbərlik nə fikirləşirə Bu məsələ bu gün qalxmayıb. əgərtariximizin taleyi tapşırılmış akademiklərimiz Cəmil Quluyev, əlisöhbət Sumbat-zadə vəbaşqaları erməni təfriqəçilərinə qarşı vaxtında qala qursaydı-lar, alimlərimizi bu işə cəlbetsəydilər indiki vəziyyət yaranmazdı.Bu, keçmişdir. Bəs indi — öz torpağımda öz xalqımın qanı axdığı bir vaxtda, öz torpağımda özrespublikamın bayrağı ayaqlar altında tapdalanaraq yadların bayrağı başımız üstündədalğalandığı bir vaxtda niyə susuruqə (Alqışlar). Niyə bizə obyektiv və operativ mə lumatverilmirə Niyə Sumqayıtda baş verən hadisələr haqqında düzgün məqalə yaza bilmirikə Niyəmətbuatımız xalqdan qorxurə Mətbuatımızın qeyrəti, nəhayət, haçansa oyanacaqmıə(Sürəkli alqışlar).Cavab: Mən Aydın Məmmədov yoldaşı tanıyıram. O, məsələni düzgün qeyd edir. Mə lumataehtiyac var. Ancaq bu məsələ 1905-inci ilin fevralında başlayıb. Onda da ehtiraslar beləcoşmuşdu…R.Mehdiyev tarixdən danışmağa başladı. Yerbəyerdən səslər ucaldı: “Mətləbə keçin! Sualacavab verin!”. Bu səslərin nəticəsi isə bu oldu: — Biz hissiyyata qapıla bilmərik. Mətbuatda hərsözü deməyə ehtiyac yoxdur. (Zalda səs-küy, uğultu).Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Mənsur əliyev: Ermə-nistan SSR-də 200 mindən artıqazərbaycanlı yaşayır. Onları Yerevanda və rayonlarda, şəhərlərdə hər vasitə ilə sıxışdırır,incidirlər. Sumqayıt hadisəsi də boş yerə baş vermədi. Bizim Mərkəzi Komitə onların taleyi üçünnarahatlıq keçirirmiə

Ermənistan KP MK rəhbərləri öz torpağımız olan Qarabağı bizdən tələb edir, bunun uğrundavuruşurlar. Bəs niyə bizim Mərkəzi Komitə Ermənistandakı azərbaycanlılara muxtariyyət tələbetmirəCavab: İndi Ermənistandakı azərbaycanlıların vəziyyəti öyrənilir. Lazımi sənədlər, materiallartoplanılır. Muxtariyyət məsələsi isə Ermə-nistandakı azərbaycanlıların öz işidir. (Zaldaqulaqbatırıcı uğultu). Bu məsələni gərək onlar qaldırsınlar, Moskvada qoysunlar.Me marlıq və İncəsənət İnstitutunun direktor müavini Kərim Kərimov: Mətbuat və radio-televiziyanın Qarabağa həsr olunmuş veriliş-ləri əttökən və biabırçıdır; heç bir obyektiv məlumat yoxdur, bu öz yerində, ancaq elə düşük verilişlər verilir ki, adamın əti tökülür. Məsə-lən,azərbaycanlı müğənniyə ermənicə, erməni müğənniyə azərbaycanca mahnı oxudurlar. A balam,camaat bağça uşağıdırə Niyə ağıllı adamların söhbəti, məsləhəti təşkil edilmir, müzakirələraparılmırəCavab: Deyilənlə razıyam. Ancaq gərək alimlərimiz də verilişlərin hazırlanmasında iştiraketsin.Yerevan şəhərindən gələn texnikum müəlliməsi (təəssüf ki, ad-familiyasını demədi) alovluçıxış etdi:- Qardaşlarım, bacılarım, analarım, balalarım! Qarabağ bizim qeyrə-timizdir, onu əldən versəktarix bizi bağışlamaz. Bakıda deyirlər ki, guya Ermənistanda hər şey yaxşıdır, vəziyyət yaxşıdır,ancaq Sumqayıtda xuliqanlar şuluqluq salıb. İnanmayın, bizim təbliğatın zəifliyinin, ermənitəbliğatının güclülüyünün nəticəsidir bu. Mətbuatda Qarabağ hadi-sələrinə dair ilk yazılarda buişləri “bir qrup ekstremistin” törətdiyi yazılan kimi Ermənistanın Silva Kaputikyan, Balayan kimiyazıçıları, Dəmirçiyan və başqa rəhbərləri başlarına qara lent vurdular; lentdə yazılmışdı: “Bizekstremist deyilik!”. Hadisələri qızışdıranlar, qardaş qırğınına səbəb olanlar ekstremistliklərinidanırlarsa biz niyə Sumqayı-tın günahsız qırılan tələbələrini “xuliqan”, “cinayətkar”adlandırmalıyıqə!Mən bu gün olduqca həyəcanlıyam. Mən sizin yanınıza gəlmişəm. Siz bizim arxamızsınız. Bilin,eşidin — bizə Ermənistanda dinclik yoxdur. Mənim tələbələrimin çoxusu qorxusundan dərsə gələbilmir. əhalini hədələyir, qorxudur, təhqir edir, incidirlər. Qarabağı ermənilərə vermək olmaz. Bizqadınlar da lazım gəlsə Həcər kimi silaha sarılacaq, onu müdafiə edəcəyik. Yaşasın Qarabağ!Müəllimənin çıxışı, onun bə zən başı ayağına, ayağı başına qarı-şan cümlələrininpozğunluğuna baxmayaraq hamını yerindən oynatdı. Uzun çəkən alqışlar onun sözlərinin ürəyinən incə tellərinə toxunduğunu bildirdi.Şərqşünaslıq İnstitutunun elmi işçisi İsa Qəmbərov:- İndiyədək Qarabağ məsələsinə fikir verməmişik. Söhbət təkcə mənim Z.Balayanın kitabınayazdığım rə yin çap edilməməsindən getmir, ancaq obyektiv cavabların qarşısının alınmasınınbugünkü vəziyyəti yaratdığını dərk etmək gərəkdir. O vaxt məni çağırdılar ki, rə y, doğrudur,çap olunmayacaq, ancaq o, çox lazımlıdır, ondan istifadə edəcəyik; özün isə daha bu işlərləməşğul olma. Bunun nəticəsidir ki, xalqımız mə lumatsız qalıb, onda həqiqət aclığı, mə lumataclığı var. Alimlərimizin üzərinə atılan böhtan düzgün deyil. Ziya Bünyadovun, FəridəMəmmədovanın, başqalarının çox dəyərli əsərləri ortadadır. Ancaq tirajları çox azdır və həm dəruscadır. Niyə onlar dilimizə tərcümə edilib geniş yayılmırə Xalq “Qarabağ” deyir, ancaqQarabağın tarixini bilmir. Sizi inandırıram ki, Qarabağdakı əhalinin çoxu da sonradanerməniləşdiklərini və ermənilərin buraya bu yaxınlarda köçüb gəldiyini bilmir. Ziya müəllimin,Fəridə xanımın əsərlərini erməni dilində buraxsaq bunun çox böyük faydası olardı.İndiyədək biz nə vaxt həyəcan təbili çalmışıqsa Mərkəzi Komitə bizi sakitləşdirib, deyib ki,tədbir görərik, bizim siyasət gərək ermənilərinkinə oxşamasın, biz onların səviyyəsinə enəbilmərik. Yoldaş Mehdiyev, əgər Qarabağ ermənilərə verilsə Azərbaycan xalqı sizi özsiyahısından siləcək.Tarix İnstitutunun direktor müavini Mahmud İsmayılov:-Mənim başım çıxmır ki, niyə xalqa edilən sakitləşdirici müraci-ətlərin heç birində SSRİ vəAzərbaycan SSR-in konstitusiyasının adı çəkilməyib, deyilməyib ki, ərazi məsələsi müttəfiqrespublikanın (Azərbay-canın) razılığı olmadan həll edilə bilməzə Niyə heç bir sənədə “konsti-tusiya” sözü düşməyibəMərkəzi Komitənin qərarında Azərbaycan partiya təşkilatı rəhbər-liyinin passiv, gözləməmövqeyi tutması tənqid edilib. Bəs rəhbərlərimiz indi nədən çəkinirlərə Bu gün axşamteleviziyada veriliş olacaq. Mən orada dedim ki, qarabağlılar bilmir ki, Qarabağ keçmişdənAzərbaycanın-dır. Tarixi faktları sadaladım. Həmin yerlərin hamısını kəsib götür-dülər.

Обсуждение закрыто.